vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 oktyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9673 AZN
Rusiya rublu 1 RUB = 0.0259 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2346 AZN
Türk lirəsi 1 TRY = 0.2937 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər  bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
GÜNDƏM  
16:42 | 12 avqust 2018 | Bazar Məqaləyə 343 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Qaldı dibi...

Xəzərin statusu müəyyənləşdi ...

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzərin statusu ilə bağlı yekun konvensiya imzalandı. Konvensiyanı 5 Xəzər sahili ölkənin – Azərbaycanın, Rusiyanın, Qazaxıstanın, Türkmənistanın və İranın prezidentləri imzaladılar.

Bugünə qədər Xəzər sahili dövlətlərin prezidentlərinin 4 sammiti keçirilmişdi. Bu sammit daha vacib idi. Çünki 22 ildən çox davam edən danışıqlardan sonra Aktauda Xəzərin statusu müəyyənləşdi. Konvensiyanı Xəzərin Konstitusiyası kimi də qiymətləndirmək olar. İmzalanan Konvensiyaya görə Xəzər nə dənizdir, nə də göldür. Bu, dünya dəniz tarixində yenilikdir. Xəzəri dəniz adlandırmaq ona görə mümkün deyil ki, okeanlara çıxışı yoxdur. Eyni zamanda su tutumu və coğrafi baxımdan Xəzər göl də deyil.

Xəzərin statusunun müəyyənləşdirilməsi niyə bu qədər vacib idi?

Birincisi, İran əvvəllər Xəzərin bərabər hissələrə bölünməsini istəyirdi. Bu, statusun müəyyənləşməsinə ən böyük maneə idi. Ona görə də danışıqlar uzun illər nəticə vermədi. Nəhayət, İran öz mövqeyindən geri çəkildi. Yeni Konvensiyaya görə, hər bir dövlət Xəzər sahilindən 15 mil məsafəyə malik olacaq. Bundan başqa, sahil dövlətləri 10 mil məsafədə balıq tutma hüququna malikdirlər. Qalan ərazilər ümumi istifadədə olacaq. Bu, Xəzərin üst hissələrinə aiddir.

İkincisi, Konvensiyaya görə, dəniz sahili ölkələri öz aralarında razılaşsalar, Xəzərin dibi ilə boru xətləri çəkilə bilər. Ancaq digər sahil ölkələri də bundan xəbərdar edilməlidir və dənizin ekologiyasına zərər vurulmamalıdır. Demək, bundan sonra Türkmənistanla Azərbaycan arasında Xəzərin dibi ilə Transxəzər boru xətti tikilə bilər.

Üçüncüsü, Xəzər sahili ölkələri başqa dövlətlərin hərbi gəmilərinin dənizə çıxışına imkan verməməlidir. Digər tərəfdən, Xəzər sahili ölkələri arasında dəniz qüvvələrinin əməkdaşlığı daimi əsasda olmalıdır. Aydındır ki, bu bəndlərin Konvensiyaya daxil edilməsinə daha çox Rusiya və İran çalışıblar. Çünki Moskva və Tehran ABŞ-ın və NATO-nun Azərbaycan və Qazaxıstanla hərbi əməkdaşlığından narahatdır. Moskvayla Tehran ABŞ və NATO qüvvələrinin Azərbaycan və Qazaxıstan vasitəsilə Xəzər dənizində də fəallaşa biləcəyindən ehtiyat edirdi. Ancaq Bakının və Astananın ABŞ və NATO ilə hərbi əməkdaşlığı kater və lojistik ləvazimatlar alınması ilə məhdudlaşırdı. Ona görə də Astana və Bakı Rusiyayla İranın “Xəzərdə başqa dövlətlərin hərbi gəmiləri olmasın” bəndini qəbul etdilər.

Dördüncüsü, Xəzərin statusunun müəyyənləşməsi Çinin Bakı-Tbilisi-Qars dəmiryoluna marağını artıra bilər. Bu, Azərbaycan üçün çox vacibdir. Çinin Avropaya nəql etdiyi malların cəmi 10 faizinin Bakı-Tbilisi-Qars dəmiryoluna istiqamətləndirməsi kifayətdir ki, bu layihə tam gücü ilə işləsin. Xəzərdə mübahisələrin həlli və birgə əməkdaşlığın formalaşdırılması Bakı-Tbilisi-Qars dəmiryoluna marağı artıracaq.

Buna baxmayaraq, imzalanan konvensiya sahil dövlətləri arasında Xəzərin dibinin bölüşdürülməsi məsələsini həll etmir. Xəzərin dibi sahil dövlətlərin arasında beynəlxalq hüquq prinsiplərinə görə bölünməli və müvafiq sazişlər imzalanmalıdır. Azərbaycanın ən böyük problemi də məhz Xəzərin dibi ilə bağlıdır. Azərbaycanın Xəzərin dibinin bölüşdürülməsi ilə bağlı Rusiya və Qazaxıstanla ikitərəfli sazişləri var. Ancaq Azərbaycanın Türkmənistanla və İranla oxşar sazişi yoxdur. Çünki Aşqabad və Tehran Xəzərin dibindən daha çox pay istəyirlər.

ABŞ-ın İrana qarşı sanksiyaları güclənib. Bir çox Qərb şirkəti İranı tərk edir. Bu amillər İran iqtisadiyyatına mənfi təsir edir. Belə vəziyyətdə İran Xəzərin statusu ilə bağlı sahil ölkələri ilə mübahisəni davam etdirə bilməzdi. İrana tərəfdaş dövlətlər lazımdır. Ona görə də sonda Xəzərdəki iddiasından geri çəkildi. İndi rəsmi Bakı elə etməlidir ki, Tehran Xəzərin dibinin bölüşdürülməsi ilə bağlı da Azərbaycanla saziş imzalasın. ABŞ-ın İrana qarşı sanksiyalarına baxmayaraq, Azərbaycan İranla iqtisadi və ticarət əməkdaşlığından, həmçinin İrana qoyduğu investisiyalardan imtina etmir. Ona görə də Tehran Bakının bu siyasəti qarşılığında Xəzərin dibinin bölüşdürülməsi ilə bağlı Azərbaycanla razılığa gəlməlidir. Əks halda, Azərbaycan-İran münasibətləri ideal olmayacaq.

Xəzərin statusu müəyyənləşəndən sonra Azərbaycanın Türkmənistanla razılığa gəlməsi daha realdır. Türkmənistan öz qazını Arvopaya nəql etmək istəyirsə, bunun üçün Azərbaycanla razılığa gəlməli və Xəzərin dibi ilə boru xəttinin tikintisini sürətləndirməlidir. Xəzərdə Azərbaycanla Türkmənistan arasında mövcud olan mübahisəli “Kəpəz” (türkmənlər onu “Sərdar” adlandırır) yatağı isə birgə işlədilməlidir.

Beləliklə, Azərbaycanla Türkmənistan arasında mübahisəni davam etdirəcək faktor olmamalıdır. Xəzərin dibi ilə boru xəttinin tikintisini Türkmənistandan və Azərbaycandan başqa Türkiyə, Avropa İttifaqı və ABŞ da istəyir.

Xəzərin statusu ilə bağlı Konvensiyanın imzalanması və gələcəkdə Azərbaycanın İran və Türkmənistanla Xəzərin dibinin bölüşdürülməsinə dair sazişlərin imzalanması bölgədə yeni əməkdaşlıq – Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran formatını gücləndirəcək. Bu, hər bir sahil dövləti üçün faydalı institusional formata çevrilə bilər. Bu format imzalanan Konvensiyadan sonra gələcəkdə Xəzərdə başqa layihələri də gündəmə gətirə bilər.

“Atlas” Araşdırmalar Mərkəzi


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)