vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 15 noyabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9190 AZN
1 Rusiya rublu 1 RUB = 0.0250 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2078 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3101 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
SƏNƏTÇİ  
15:21 | 7 sentyabr 2018 | Cümə Məqaləyə 420 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Yazdığının məsuliyyətini dərk etmir”

Rasim Balayev jurnalistə hirsləndi: “Saytının oxunması üçün xəstəliyimdən istifadə edirsən?”

Gülşən RAUFQIZI

3 gün əvvəl Azərbaycanın xalq artisti, tanınmış aktyor Rasim Balayevin xəstəxanaya düşməsilə bağlı məlumatlar yayılıb. Modern.az sevimli aktyorun sağlıq durumunun nə yerdə olduğunu öyrənmək üçün R.Balayevlə əlaqə saxlayıb.

Xaql artisti səhhətilə bağlı yazılanları təkzib edib: “Yalan yazıblar. Bir qız zəng elədi ki, “səhhətiniz necədir?”. Dedim həkimə gedirəm, “tok”a-fizioterapeyaya yazıb həkim. Fizioterapeyaya hamı gedir də. Bu da götürüb yazıb ki, “Rasim Balayevin səhhəti pisləşdi, xəstəxanaya yerləşdirildi”. Bu adam yazdığının məsuliyyətini dərk etmir. Bilmir ki, mənim qohum-əqrəbam var. Guya elə bilib ki, mən reanimasiya demişəm. Reanimasiyaya adam özü getmir eyyy! Adam reanimasiyalıq olanda başqaları onu aparır”.

R.Balayev xəbəri yazan müəllifə etiraz etdiyini bildirib:

“Xəbəri oxuyandan sonra zəng vurdum. Dedim ayıbdır, utanmırsan?! Mənim bütün qohum-əqrabam zəng edir. Narahat olublar. Mən necə deyə bilərəm ki, reanimasiyaya gedirəm?! Üzümə qarşı deyir ki, “mən elə yazmasam, saytı oxumurlar”. Dedim sənin saytının oxunması üçün məndən, xəstəliyimdən istifadə edirsən?! Dedim bir də mənə zəng eləmə”.

Akrtoy hazırda özünü yaxşı hiss etdiyini vurğulayıb: “Yaxşıyam, 70 yaşında adamın ayağında sinir ağrısı olması normaldır. Niyə şişirdirlər axı?! İndi cavanlarda da bu hal var”.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *