vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 dekabr 2018
1 ABŞ dolları 1 USD = 1.7000 AZN
1 Avro 1 EUR = 1.9326 AZN
1 Rusiya rublu 1 RUB = 0.0255 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.1384 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3191 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
14:38 | 4 dekabr 2018 | Çərşənbə axşamı Məqaləyə 685 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“... Hücuma hazırlaşır”

“Azərbaycan təmas xətti boyu təpələr tikir, ...”

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistandakı seçki kampaniyasında Qarabağ məsələsi əsas spekulyasiya mövzusu olaraq qalır və bu məsələdən Nikol Paşinyanın devirdiyi Respublika partiyası ona qarşı istifadə etmək üçün bütün gücünü səfərbər edib. Serj Sərkisyanın partiyasının əsas tezisi bundan ibarətdir ki, Paşinyanın Qarabağ məsələsində hansısa güzəştlərə getmək kimi gizli planı var.

Bu məsələdə vaxtilə Sərkisyan hakimiyyətinə qarşı müxalifətdə olmuş David Şahnazaryan-Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri xüsusi fəallıq edir. Belə ki, Şahnazaryan indi respublikaçıların tərəfinə keçib və partiyanın siyahısından deputatlığa namizəddir. O, az qala hər gün Qarabağ mövzusunda çıxışlar edərək Paşinyanın “torpaqları qaytarmaq niyyəti” barədə iddialar səsləndirir.

Virtualaz.org xəbər verir ki, bu dəfə Şahnazaryan Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında MDB-nin Düşənbə sammiti zamanı təmas xəttində atəşkəsin qorunmasına, iki ölkə rəhbərləri arasında  operativ rabitənin qurulmasına dair əldə edilmiş anlaşmanın Yerevana sərf etmədiyini deyib.

“Əgər diplomatiyada düşmən sizə faydalı olan nəsə təklif edirsə deməli bu böyük tələdir”-Şahnazaryan deyir.

D.Şahnazaryan bildirir ki, bu anlaşmadan istifadə edərək Azərbaycan Naxçıvan istiqamətində yeni mövqelərini möhkəmləndirir. Habelə Qarabağda təmas xətti boyu süni təpələr yaradır. Gələcəkdə bu təpələrdən hücuma keçmək üçün.

Şahnazaryan deyir ki, Naxçıvan istiqamətində tərəflərin mövqeləri arasında qalan ərazi may ayından başlayaraq Azərbaycanın xeyrinə azalıb. Azərbaycan ordusunun Naxçıvanda dislokasiya olunmuş bölmələri dəfələrlə deyildiyi kimi öz nəzarətindəki əraziləri xeyli artırıb.

“Nə baş verib? Düşənbədəki görüşdən sonra həmin mövqelər, hansı ki, artıq tutulmuşdu, yeni təchizat yolları ilə möhkəmləndirilib. Düşənbə razılaşması bax bunun üçün lazım idi”-Şahnazaryan iddia edib.

Erməni siyasətçi onu da iddia edir ki, Qarabağda təmas xətti boyu Azərbaycan hələ may ayından təpələr tikməyə başlamışdı, amma erməni tərəfinin açdığı atəşlərə görə həmin işlər dayandırılmışdı. “Təmas xəttindən 1300-1700 metr aralı, bir-birindən beş kilometr məsafədə təpələr. Sentyabrın 27-dən sonra həmin işlər böyük sürətlə davam etdirilir”-o deyib.

Şahnazaryana görə həmin süni təpələrin ikili təyinatı var-həm müdafiə, həm hücum əhəmiyyətlidir.

“Erməni tərəfinin siyasətini nəzərə alanda biz tərəfdən hücum nəzərdə tutulmur, Azərbaycan isə gecə-gündüz müharibə haqda danışır. Deməli bu təpələr müstəsna olaraq hücum əhəmiyyətlidir. Yəni Azərbaycan Qarabağa hücum etmək üçün hazırlıqlar görür”-keçmiş xüsusi xidmət rəhbəri bildirib.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *