PKK-Ermənistan işbirliyi
Türkiyə ilə sərhəddə Azərbaycan TIR-nın vurulmasındakı müəmmalar üzə çıxır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“S-400”ə qarşı “Brahmos”
Yunanlar tüfəngin qarşısını sapandla almaq istəyir
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
... Avropanın ilk beşliyində
Milyarderlər məskəni, sevimli-əziz şəhər ...
-
Ağdamın son ucu
Qərib eldə qaçqınlığın bitməsinin sevinci
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
“Erməni vandalları Azıx mağarasında partlayış törətmişdilər”
Professor Abbas Seyidov: “İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq ekspertlərin iştirakı ilə daha geniş arxeoloji tədqiqatlar aparılacaq”
-
“Pulyuyan camaşırxana”çı ...
... Yaxud Kremlin yalanı, Vardanyanın “planı”
-
Vardanyanın son sözü
Bakının cavabı necə olacaq?
-
Xəyanətin miqyası artır
Qəpik-quruş üçün vətənini, millətini satanlar...
-
Bakı AHİM-ə şikayət etdi
Beynəlxalq hüquqa uyğun təzminatın tələbi prosesi başlayır
-
Laçın-Xankəndi yolunda dinc aksiya yeddinci günündə davam edir
Azərbaycan XİN aksiyanın mahiyyətini kobud təhrif edən xarici ölkələrə cavab verib...
-
“Ermənistan mövcud olmayacaq”
“Qoruyucu mələklər”i bədxah qonşularımızdan üz çevirməyə başlayır
-
Düşmən bizi vahid görməlidir
Xalq hər məqamda mübarizəyə hazır olduğunu bir daha nümayiş etdirir
-
Ekoloji aksiya siyasiləşir?
Yeni tələblər irəli sürüldü
-
Dombra – qəlb sazından çıxan səda
“Astana Opera”nın Bakıya qastrolu
-
Yolkəsənlərin başqa yolu yoxdur!
Arutyunyan və Vardanyan hazırda bizim üçün heç kimdir
Türkiyənin təhlükəsizlik qüvvələri ilin əvvəlindən bəri terrorçularla döyüşlərdə 57 itki verib. Bu itkilərin 6-ı İğdır bölgəsində qeydə alınıb.
“Sözçü” yazarı Sayğı Öztürk bu məqama toxunur. Yazır ki, İğdırda PKK/PJAK terrorçuları ilə atışmalarda 6 əsgərin şəhid olması üzərində ayrıca dayanmaq lazımdır. Çünki terrorçuların İran, Azərbaycan və Ermənistanla həmsərhəd olan İğdır bölgəsində fəallaşmasının arxasında Ermənistanın dayandığı haqda məlumatlar var.
Müəllif xatırladır ki, 2016-cı ildə İğdırın İranla sərhəd ərazilərində minalar təmizlənib, əvəzində təhlükəsizlik hasarları çəkilib. Minalardan təmizlənən ərazilərin kənd təsərrüfatı üçün istifadə edilməsi nəzərdə tutulurdu, amma bu baş verməyib. Əvəzində sərhədin o tərəfində mənzillənən terrorçular təhlükəsizlik divarını özlərinə sipər edib, Türkiyə silahlı qüvvələri onların mövqelərinə atəş aça bilmir. Terrorçular isə minaların təmizlənməsindən istifadə edib İğdıra, oradan Ermənistana keçir.
İğdırla həmsərhəd İran kəndlərində kürdlər məskunlaşıb. Həmin bölgədə PKK-nın uzantısı olan PJAK yaraqlıları fəaliyyət göstərir. PKK İğdırdan insan alveri və narkotik qaçaqmalçılığı üçün istifadə edir. Və son vaxtlar terrorçuların həmin bölgədə fəallaşmasının arxasında Ermənistan xüsusi xidmət orqanlarının da dayandığı haqda məlumatlar var.
Sayğı Öztürk yazır ki, Naxçıvanda və İğdırda gözü olan ermənilər kürdlərin əli ilə hər cür təxribata əl atırlar. Ermənistandan yaraqlılar İrana keçir və oradan Türkiyə ilə həmsərhəd kəndlərə gedib PJAK-la iş birliyi qururlar. Müəllifin yazdığına görə bir neçə həftə əvvəl Türkiyənin Naxçıvanla sərhəd Dilucu gömrük-keçid məntəqəsini dayanacağında Azərbaycan dövlət nömrə nişanlı, yanacaq daşıyan TIR-ın atəşə tutulmasının arxasında da Ermənistanın dayandığı haqda məlumatlar var. Çünki bu məntəqədən hər gün yüzlərlə TIR keçir və onların arasında məhz Azərbaycana aid TIR-ın İran tərəfdən atəşə tutulması təsadüfi deyil.
Müəllif xatırladır ki, PKK-nın Ermənistanda və Azərbaycanın işğal altında olan laçın-Kəlbəcər bölgəsində düşərgələrinin olduğu məlumdur.
Xatırladaq ki, Dilucu gömrük-keçid məntəqəsində Azərbaycana aid TIR-a atəş açılması nəticəsində avtomobil tamamilə yanıb. Türkiyə məqamları bu hadisənin terror hücumu olduğunu açıqlayıb.