Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
17:29 | 20 iyul 2020 | Bazar ertəsi
Məqaləyə 12803 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Türkiyənin müxtəlif televiziya kanallarında Tovuz istiqamətində döyüşlərlə bağlı müzakirələr günlərlə davam etdi. Türkiyənin tanınmış ekspertlərinin müzakirələrindən bir neçə qənaətə gəlmək mümkündür.
Birincisi, türkiyəli ekspertlər hesab edirlər ki, son insident Rusiyanın planıdır. Rusiyanın Liviyadakı mövqeləri zəiflədiyindən və Türkiyə Liviyada gücləndiyindən Kreml bunun əvəzini Türkiyənin Qafqazdakı strateji müttəfiqi Azərbaycana Ermənistan üzərindən zərbə endirməklə çıxmağa çalışıb və bu yolla Ankaraya xəbərdarlıq mesajı göndərib.
İkincisi, türkiyəli ekspertlər hesab edirlər ki, Azərbaycanı zəiflətmək Türkiyəni zəiflətmək deməkdir. Ona görə də Türkiyə necə ki, İraqda, Suriyada və Liviyada hərbi yolla öz maraqlarını müdafiə edir, Mehmetciyin Azərbaycana yardıma getməsi mümkün variantlardan biridir. Bu sırada Türkiyə ilə Azərbaycan arasında hərbi strateji əlaqələrin daha üst səviyyəyə qaldırılması gündəmə gətirilir.
Üçüncüsü, türkiyəli ekspertlər hesab edirlər ki, Fransa da Tovuzdakı insidentdə maraqlı olub. Çünki, Fransa Liviyada Türkiyəyə məğlub olub. Fransa üçün Liviyanın itirilməsi illərdir sərvətlərini xortumladığı orta Afrika ölkələrinə çıxış imkanlarını məhdudlaşdırır. Ona görə də dünyada say etibarilə ermənilərin ikinci böyük lobbisi olan Fransa Qafqazda Türkiyənin maraqlarının zəiflədilməsinə çalışır.
Dördüncüsü, türkiyəli siyasi ekspertlər hesab edirlər ki, Tovuzun yaxınlığından keçən neft və qaz boru xətlərinə, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yoluna ciddi təhlükə var. Bu isə birbaşa Türkiyənin təhdid edilməsi deməkdir.
Beləliklə, türkiyəli ekspertlər Tovuzdakı insidentə geniş aspektdən yanaşırlar. Elə Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın ermənilərin təxribatına “Bu hücum Ermənistanın səviyyəsini aşan hadisədir” açıqlaması da arxa planda başqa güclərin olduğuna işarədir.
Dağlıq Qarabağda 1990-cı illərin əvvəllərindəki müharibədən sonra Azərbaycanla Türkiyə arasındakı strateji əlaqələr yüksələn xətt üzrə inkişaf edib. Türkiyə 1990-cı illərdəki durumundan fərqli olaraq hazırda regional gücə çevrilib və Azərbaycana qarşı təxribatlara seyrçi qalmayacaq. Ankarada Azərbaycanın təhlükəsizlik maraqları Türkiyənin təhlükəsizlik maraqları ilə eyni tutulur. Odur ki, əgər xarici güclər Ermənistan üzərindən Azərbaycana hücumlar təşkil edirlərsə, Ankarada artıq bunu Türkiyəyə hücum kimi dəyənləndirirlər. Ona görə də Türkiyə necə ki, öz maraqlarını ətraf ölkələrdə qoruyur, eyni maraqlarını bir nömrəli strateji müttəfiqi saydığı Azərbaycanda da qorumağa hazırdır. (“Atlas” Araşdırmalar Mərkəzi)