vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 20 noyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
ELM-TƏHSİL, DİN  
22:31 | 12 mart 2017 | Bazar Məqaləyə 1731 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Beyin axını və Azərbaycan: elmi-sosioloji təhlil»

Gənc alimin yeni kitabı bu cür adlanır

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Əliyev Zaur Bilal oğlunun yeni kitabı nəşr edilib. «Beyin axını və Azərbaycan: elmi-sosioloji təhlil» adlanan kitabın elmi redaktoru AMEA Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli, elmi məsləhətçisi isə AMEA Elm Tarixi İnstitutunun elmi işlər üzrə direktor müavini, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadədir.

VAXT.AZ xəbər verir ki, «Beyin axını və Azərbaycan: elmi-sosioloji təhlil» kitabına İsveç paytaxtı Stokholmun Södermalm icra hakimiyyətinin Sosial təminatı şöbəsində rəis müavini Leyla Kiani rəy verib. Redaktorluq tele-jurnalist Hikmət Həsənov məxsusdur. Təqdim edilən əsərdə miqrasiya prosesləri ilə bağlı məsələlər çərçivəsində öyrənilməsi vacib anlayışlardan olan «beyin axını» tədqiq edilib. Qədim dövrdən bu günə qədər Azərbaycandan xarici ölkələrə köç edən intellektual miqrasiyanın səbəbləri və dünya təcrübəsinə geniş yer verilən kitab nəzəri və praktik məsələləri özündə əks etdirib. İlk dəfə olaraq xaricdə yaşayan azərbaycanlı ziyalılar arasında mövzuyla bağlı sorğu keçirilib və sosioloji təhlil aparılıb.

112 səhifəlik kitab Bakıdakı «Elm və təhsil» nəşriyyatında çap olunub. 


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *