Ciddi sənət sıradan çıxarılır
Peşəkarlıq görülən işin səviyyəsini təyin edən amil deyil, bazar iqtisadiyyatının şərtləridir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Amansız “Vəsvəsə”
Mənəviyyatını itirən hər şeyini itirir!
-
«Oğlumun toyunu görmək istəyirəm»
Fuad Poladov: «Mədəniyyət Nazirliyi deyilən bir orqan tanımıram»
-
Fuad Poladovun hamını təəccübləndirən bir cümləsi...
Tanınmış sənətkar niyə «mənə baş çəkməyə gələnlərin adını çəkmək istəmirəm» deyib?
-
«Maaşların az olması məni narahat edir»
Bəhram Bağırzadə: «Məmur işləyib xalqın pulunu mənimsəyə bilmərəm»
-
«Fuad Poladov teatrı tərk eləyirsə... »
Aydın Talıbzadə: «Bacarıqsız olduğumuzdan bundan da faydalana bilmirik»
-
«Əcəb edib gedib»
Rasim Balayev Xalq artistinin müdafiəsinə qalxdı
-
«Azər Paşa Nemətovu təbrik etmədiyim üçün məni işdən çıxardı»
«Azdrama»dakı qalmaqalın ilginc təfərrüatı
-
«Sənətkarın mövqeyi olmalıdır»
Fuad Poladov: «İnsanlar deyə bilmədiklərinə görə ölürlər»
-
Xalq artisti davranışı
Fuad Poladov «Azdrama»dan istefa verdi
-
««Space» pulumuzu qaytarmayıb»
Tahir İmanov bütün gizlinləri açdı: «Belə şeyə Bəhramın da cəsarəti çatmazdı»
-
Azərbaycanda kinematoqrafiya sahəsində vəziyyətin ağır olması heç kimə sirr deyil. Uzun illər durğunluq yaşayan bu sahə, son bir neçə ildə komediya janrında çəkilən filmlərlə inkişaf etməyə başlayıb. Amma buna tam mənada inkişaf da demək mümkün deyil. Bu filmlərin keyfiyyəti ilə yanaşı, orada yer alan aktyorların da peşəkarlığı narahatlıq doğurur.
Belə ki, son zamanlar bəzi gənclər videoblogger adı ilə qısa «vine»lər çəkərək, qısa bir zamanda sosial şəbəkələrdə yüzlərlə izləyici toplaya bilirlər. Təbii ki, az bir zamanda məşhurlaşan gənclər bununla kifayətlənmir, xüsusilə komediya filmlərində çəkilməyə dəvət alırlar. Sonradan uğur qazanmayan bu filmlər tez bir zamanda kinoteatrlardan yığışdırılır. «Sputnik Azərbaycan» peşəkar aktyor olmayan, bu sənətin incəliyini bilməyən, hansısa səbəbdən qısa zamanda məşhurlaşan gənclərin filmlərə dəvət alması ilə bağlı, peşəkarlardan münasibət alıb.
Rejissor Tahir Tahiroviçin sözlərinə görə, rejissorun aktyor seçiminə müdaxilə etməsi mümkün deyil: «Elə filmlər olub ki, peşəkar aktyor olmayan oyunçular kifayət qədər uğur qazanıblar. Mənim düşüncəmə görə, hər şey rejissordan asılıdır. O, aktyoru filmə dəvət edirsə, onun işinə müdaxilə etmək düzgün deyil».
Aktyor Kamran Ağabalayev «aktyor sənəti»nin böyük söz olduğunu və bu sənəti ucuzlaşdırmaq istəmədiyini bildirib: «Mən Qurban İsmayılova, Fuad Poladova aktyor deyirəm, Rasim Cəfərə aktyor deyirəm. Bloqqerlikdən aktyorluğa yüksələnləri bu cür sənətkarlarla eyni tərəziyə qoymaq mümkünsüzdür. Bu cür insanların filmlərə dəvət alması və çəkilməsinin bir səbəbi də kütlədir. Kütlənin filmə baxması üçün belə məşhur gənclərdən istifadə edirlər. Elə gəncləri bəyənib filmə çəkən rejissor da elə o kütlədəndir. Ümid edirəm ki, bu hal düzələcək. Sadəcə zaman lazımdır».
Yuğ Dövlət Teatrının direktoru Tərlan Rəsulov deyib ki, məşhur olmaq üçün heç bir qadağa yoxdur: «Əgər onlar özlərini bu cür təqdim edə, sonunda bir nəticəyə və uğura çata bilirlərsə, buna qarşı çıxmaq olmaz. Əgər onlar özləri üçün tələbat yarada bilirlərsə, rejissorlar onları çağırıb işlərindən razı qalırsa, bunun nəyi pisdir ki? Həm də peşəkarlıq gördüyün işin əsas qazanc yeri olduğunu nəzərdə tutur. Onların əsas məqsədi mənfəətidirsə və bununla pul qazanıb öz tələbatlarını ödəyə bilirlərsə, niyə onları peşəkar adlandırmayaq? Peşəkarlıq görülən işin səviyyəsini təyin edən amil deyil. Bu, bazar iqtisadiyyatının şərtləridir».
«İndi sovet vaxtı deyil ki, kiminsə sənətlə məşğul olması üçün bacarıqdan savayı diplomu da olmalıdır. Bu, həmçinin, rəqabət yaradar və artıq hər kəs öz üzərində daha səylə işləməyə başlayar», – deyə teatr müdiri əlavə edib.
Aktyor Kamran Yunisun məsələyə mövqeyi fərqli olub: «Hər kəs özünü aktyor saya və özünə aktyor deyə bilər. Bu gün bir az balaca rol alan kimi özlərini aktyor bilirlər. Amma aktyor o insandır ki, sənətin incəliklərini bilməlidir, yaradıcı olmalıdır. Mən heç İncəsənət Universitetində təhsil almış bəzi aktyorları qəbul etmirəm, onda qalsın bu sahədən uzaq birini aktyor sayım. Bu sənətin çox incəlikləri var. Hər yoldan keçən aktyor ola bilməz. Belə insanlarla tərəf müqabili olmaq çox çətindir. Elə sənətçilərlə normal sənət yaratmaq mümkün deyil. Bu gün Azərbaycanda belə insanlar yetərincədir. Mən belə aktyorlardan qaçmağa çalışıram».