ABŞ iqtisadiyyatında dinamik inkişaf var
Dollar FED-in yeni rəhbərinin dönəmində bahalaşacaq
İlkin ƏHMƏDOV,
APA Analitik Mərkəzi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
FED 50 baza bəndi azaldıb
8 iclasda sabit qalan sabit qalan faizi dərəcəsi sonuncu dəfə dörd il yarım əvvəl enmişdi
-
Nyu-York birjasında üfüqi kurs
FED-in faiz qərarından əvvəl sükut
-
FED həftəsinə ehtiyatlı start
Qlobal bazarlar faiz dərəcəsinin azalacağını bilir, amma ...
-
Qlobal iqtisadi artım ehtimalı
“Fitch Ratings” bu il üçün hesabatını dərc edib
-
ABŞ-ın maliyyə qurumlarından müştərək təklif
FED rəsmisi bank kapital planına düzəlişlər etdiyini açıqlayıb
-
FED vəziyyətdən razıdır
“Bej Kitabı” qarşıdakı aylarda iqtisadi fəaliyyətin sabit qalacağını deyir
-
Qaynar ayda sərinlədən qazanc
Nyu-York Fond Birjası təlatümlü avqustu mənfəətlə başa vurub
-
Şəxsi istehlak gözləntilərə uyğun olub
İyul ayında ABŞ-da büdcə xərcləri artıb
-
İnflyasiyanın düşməsinə əminlik artır
Qlobal bazarlar məlumatlarla dolu həftəyə ehtiyatla başlayıb
-
Qlobal bazarların gözü FED sədrinin ağzına dikilib
Federal Ehtiyat Sistemi rəsmiləri dolların faiz endirimlərini məqbul hesab edir
-
Qlobal bazarlarda mənfi tendensiya qalır
FED-in gələn ay faiz dərəcələrini 25 bənd azaldacağına əmin olsalar da ...
-
Faiz dərəcəsi sabit qaldı
2001-ci ildən bəri qeydə alınan ən yüksək diapazon
-
“Bizə kömək edin”
ABŞ bank sektorunda zərərlər və yaranmış vəziyyət
-
ABŞ bank sistemində təlatüm
Üç bank özünü iflas elan etdi, kriptovalyuta bazarı silkələnəcək
-
15 ildə ən böyük artım
FED faiz dərəcəsini qaldırdı
-
Qarışıq dalğalanma ...
FED-in pul-kredit siyasətindəki şahin duruşunun yumşalma ehtimalı güclənir
ABŞ prezidenti Donald Tramp ötən gün Cerom Paeulli Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) rəhbəri postuna namizədliyini irəli sürüb. Beləliklə, ənənəyə zidd olaraq FED-in hazırkı rəhbəri Canet Yellenin səlahiyyəti müddəti (2018-ci ilin fevral ayında bitir) uzadılmadı. Düzdür, D. Tramp xanım Yellen tərəfindən yürüdülən ehtiyatlı monetar siyasətin davam etdiriləcəyinə işarə edib.
Maliyyə bazarları hesab edirdi ki, Pauellin təyinatı dolların məzənnəsinə təzyiq göstərəcək. Belə ki, FED-in gələcək rəhbəri uçot dərəcəsinin mərhələli şəkildə artırılmasının tərəfdarıdır. Başqa sözlə, cənab Pauell aqressiv monetar siyasətdən uzaqdır. Maraq üçün qeyd edək ki, hələ ABŞ prezidenti qərarını açıqlamadan öncə Pauellin mümkün təyinatı barədə hər dəfə xəbərlər yayılan kimi, investorlar dollardan canını qurtarmağa çalışırdı. İnvestorlar hesab edir ki, Pauellin təyinatı dolların möhkəmlənməsi üçün müsbət zəmin yaradır.
«Millennium Global» investisiya şirkətinin rəsmisi Riçard Benson «Reuters» agentliyinə açıqlamasında bildirib ki, Pauellin dönəmində dollar bahalaşacaq, çünki ABŞ-da iqtisadi artım müsbət dinamika nümayiş etdirir.
Maraqlı nüanslardan biri odur ki, FED-in rəhbəri postuna namizədlərin mütləq əksəriyyəti aqressiv monetar siyasətin tərəfdarları idi. Beləliklə, Trampın məhz Pauelli seçməsi növbəti dəfə onu göstərir ki, FED ehtiyatlı monetar siyasətini davam etdirəcək. Başqa sözlə, FED bir neçə dəfə uçot dərəcəsini artırdıqdan sonra balansının azaldılmasına hazırlaşacaq.
Uçot dərəcəsinin artırılması dollarda ifadə olunan aktivlərin gəlirliliyinə dəstək verəcək. Beləliklə, bu qəbildən olan aktivlər investorlar üçün daha cəlbedici olur. Bununla yanaşı, balansın həcminin azaldılması da dollar üçün olduqca əlverişlidir. Belə ki, bu, FED tərəfindən istiqraz alışının həcminin azaldılması deməkdir.
Treyderlər iddia edir ki, yuxarıda qeyd edilən hər iki amil 2017-ci il boyu təzyiq altında olan dollara ciddi dəstək verəcək. Unutmayaq ki, dolların təzyiq altında olması səbəbindən Tramp administrasiyası vergi islahatlarının icrasında çətinliklə üzləşdi.
2017-ci ilin əvvəlindən etibarən dollar altı əsas tərəfdaş valyutadan ibarət səbətə qarşı 7,3 faiz ucuzlaşıb. Lakin son 2 ay ərzində ABŞ-ın milli valyutası 1,7 faiz bahalaşa bilib. Bunun əsas səbəbi müsbət dinamika nümayiş etdirən iqtisadi göstəricilər və vergi islahatlarının qəbulunda proqresin olmasıdır. Beləliklə, dollar olan təzyiq azaldı.
Onu da qeyd etmək lazımdır ki, Avropa Mərkəzi Bankı monetar siyasətin normallaşmasına ehtiyatlı yanaşaraq aktivlərin alışı (QE) proqramının müddətini uzatdı ki, bu da avronun məzənnəsinə neqativ təsir etdi, dollara isə dəstək verdi.
Bəzi analitiklər isə hesab edir ki, Yellenlə müqayisədə Pauell daha sərt siyasətin tərəfdarıdır. Bu isə dollara əlavə dəstək verəcək.
Xatırladaq ki, Pauell indiyədək Yellenin rəhbərlik etdiyi İdarəedicilər Şurasının üzvü olub. İnvestorlar hesab edir ki, «Pauellin indiyədək keçirilən iclaslarda Yellenlə birgə səs verməsi o demək deyil ki, o, bundan sonra da analoji mövqedə olacaq». Daha bir xatırlatma: sentyabrda Pauell FED-in balansının azaldılmasına səs verənlərdən biri idi. Fevral ayında isə o qeyd edib ki, aktivlərin alışı proqramı sırf fövqəladə hallar üçün lazımdır.
FED mövcud monetar siyasəti yürütdüyü müddətdə dollar yaxşı nəticələr göstərməyə davam edəcək.