vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
İNCƏSƏNƏT  
11:25 | 19 fevral 2018 | Bazar ertəsi Məqaləyə 5300 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

DEQA. RƏQS. RƏSM …

Rəssam Edqar Deqanın xatirəsinə ...

Zeynəb CAHAN

«Orse» muzeyi impressionizmin ən görkəmli nümayəndəsi, rəssam Edqar Deqanın xatirəsinə yazıçı, şair və mütəfəkkir Paul Valerinin az tanınmış əsərinə əsasən sərgi açır.

Deqa və Valerinin 20 illik dostluğu yazıçının kitablarından birinin mövzusuna çevrildi: «Deqa. Rəqs. Rəsm». 1937-ci ildə nəşr olunan kitab rəssamın şəxsiyyətinin və sənətinin bədii, fraqmentar obrazını çatdırır, həmçinin oxucunu yaradıcılıq prosesi ilə tanış olmaq üçün müəyyən meditasiya mərasiminə daxil edir.

Ekspozisiya elə bu üslubda təşkil olunub: əsas mövzusu rəqs olan Deqanın bədii yaradıcılığı Valerinin mətnlərindən olan sitatların müşayiəti ilə tədqiq edilir. «Rəqs geni təkcə plastika estetikasında üzə çıxmır - rəqsdən sadəcə ifa edən deyil, həm də onu izləyən də zövq alır», - bu sərgi Deqanın şəxsiyyətinə və onun yaradıcılığına yeni bir baxış təqdim edir.

Rəqqasələri təsvir edərkən, Deqa onları nəinki bir pozada donub qalmış, daha çox qəfildən yaxalanmış şəkildə çəkməyə çalışıb. Balerinanın daxili dünyası - onun baxışı, əlini açması, başını döndərməsi – Deqa öz əsərlərində məhz bunlara heyran idi.

«Məni rəqqasələrin rəssamı adlandırırlar; anlamırlar ki, rəqqasələr mənim üçün sadəcə gözəl tablolar yaratmağa və onların hərəkətini çatdırmağa bəhanə olaraq xidmət ediblər».

Xətlərin cəsarətli hərəkəti, «fotoqraf» Deqanın baş verənləri özümüzün təxmin etməyimizə dəvət edərək bir çox məqamları kadr arxasında buraxdığı fotoşəkilləri xatırladan kompozisiyaları - bütün bunlar onun rəsmlərinə xüsusi bir dramatizm verib və Deqanı impressionizm dövrünün ən parlaq qəhrəmanlarından birinə çevirib.

Yazıçı Valerinin ən yaxşı sitatları ilə müşayiət olunan valehedici kompozisiya əsərlərini 25 fevral 2018-ci il tarixinə qədər Parisdə, «Orse» muzeyində görmək mümkündür.