vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 10 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
GÜNDƏM  
15:38 | 13 avqust 2018 | Bazar ertəsi Məqaləyə 2241 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Qərarı alqışlamaq lazımdır”

Avropa Şurasının baş katibi İlqar Məmmədovun azad olunması barədə

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Şurasının baş katibi Torbyorn Yaqland REAL hərəkatının sədri İlqar Məmmədovun azad olunması ilə bağlı qərarı alqışlayıb. Bu barədə Avropa Şurası baş katibinin bəyanatında bildirilib.

“Azərbaycanda Şəki Apellyasiya Məhkəməsinin beş ildən çox həbsdə olan İlqar Məmmədovun azadlığa buraxılması barədə qərar qəbul etməsini alqışlamaq lazımdır”, - T.Yaqlandın bəyanatında deyilir.

Qeyd edək ki, bu gün Şəki Apellyasiya Məhkəməsində hakim Gündüz Abbasovun sədrliyi ilə REAL hərəkatının həbsdə olan sədri İlqar Məmmədov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

Prosesdə İ.Məmmədovun azadlığa buraxılması barədə qərar qəbul edilib. Qərara əsasən, onun cəzasının çəkilməmiş hissəsi şərti cəza ilə əvəz edilib.