Üzeyir Hacıbəyli günləri
Dahi bəstəkarın xatirəsinə həsr olunmuş növbəti musiqi bayramı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Biz hamımız Üzeyir məktəbindən çıxmışıq”
Fikrət Əmirov: “Mənim yaradıcılıq xəmirim xalq musiqisi ilə yoğurulub”
-
KORİFEY HACIBƏYLİLƏRdən –
ulu Azərbaycan mədəniyyətinə duruxmaz-xıxmaz sənət “Karvan”ı bəxş etmiş Soltan Hacıbəyov...
-
Ölüm sevinməsin qoy, ömrünü vermir bada…
Üzeyir Hacıbəylinin vəfatından 70 il ötür
-
Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti
Bəstəkarlar İttifaqında elmi konfrans
-
Bizi gələcəkdə gözləyən dahi
Üzeyir Hacıbəylinin doğum gününə ...
-
Hər gün təmasda olduğumuz dahi
İnsanın mənən təmizləndiyi, ruhən saflaşdığı məkan
-
«Biz ilə yevropalıların təfavütü»
Üzeyir bəy Hacıbəylidən möhtəşəm felyeton
-
«Mükafatlarım çoxaldıqca məsuliyyətim də artır»
Çinarə Əzimova: «Qarşıda məni çox sınaqlar, imtahanlar gözləyir»
-
Marionet «Leyli və Məcnun»
Marionet Teatrının açılış tamaşasında Üzeyir Hacıbəylinin muğam operası nümayiş olunub
-
Amerikanı fəth edən «Leyli və Məcnun»
Azərbaycan musiqisi Qərb tamaşaçısını valeh etdi
-
Topçubaşov niyə Nobel ala bilmədi?
Cərrahiyyəmizin banisinin kəşfi minlərlə əsgəri ölümdən xilas edib...
-
Dünyanı fəth edən səsin sahibi
Bütün dövrlərin musiqiçisi Müslüm Maqomayevin 72 yaşı tamam oldu
-
«Sabah» təkzib etdi
«Həmin şəxs səhv etdiyini boynuna aldı»
-
Hacıbəylinin də evi söküləcək?
«Bu tarixi binanın sökülməsi barədə qərar veriləcəyinə inanmıram»
-
Bu dəfə türkmən prezidentə sataşdı
««Şəbu hicran»ı oxusun görək oxuya bilərmi?»
-
Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-26 sentyabr tarixində Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Builki festivalda Rusiya, ABŞ, Türkiyə, İtaliya və Slovakiyadan tanınmış musiqiçi və kollektivlər – T.Dokşitser adına “New life brass” kvinteti, “Dədə Qorqud” kamera orkestri, Murad Kajlayev, Murad Annamamedov, Sergey Roldugin, Pavel Milyukov, Azər Dəmirov, Fərhad Aşumov və başqalarının iştirakı ilə 30-a yaxın tədbirin keçirilməsi nəzərdə tutulub.
Festivalın təntənəli açılış mərasimi sentyabrın 18-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında olacaq. Mərasimdə Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası (bədii rəhbər - Gülbacı İmanova) çıxış edəcək.
Açılış mərasimində görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, akademik Arif Məlikovun 85 illiyi münasibətilə fortepiano və orkestr üçün konserti (solist - Xalq artisti Murad Adıgözəlzadə) səslənəcək.
Festival çərçivəsində görkəmli müğənni, SSRİ Xalq artisti Firəngiz Əhmədovanın 90 illiyinə həsr olunmuş “Azərbaycan opera səhnəsinin Nigarı” adlı tədbirlər də təşkil olunacaq.
Sentyabrın 22-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında SSRİ Xalq artisti, görkəmli bəstəkar Murad Kajlayevin müəllif gecəsi keçiriləcək. Gecədə Rusiyanın Xalq artisti, dirijor Murad Annamamedovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası çıxış edəcək.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Teatrı, R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı, Ü.Hacıbəylinin ev-muzeyi, Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Ağcabədi rayonundakı “Qarabağ Muğam Mərkəzi”ndə də müxtəlif tamaşa, konsert və sərgilər təşkil olunacaq.
23 sentyabrda Bakı Marionet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” marionet tamaşasının (quruluşçu rejissor və rəssam – Əməkdar incəsənət xadimi Tərlan Qorçu) olacaq.
Festivalın bağlanış mərasimi sentyabrın 26-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutacaq. Konsertdə Əməkdar artist, dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Rusiyanın Xalq artisti, məşhur violonçel ifaçısı Sergey Roldugin və P.İ.Çaykovski adına beynəlxalq müsabiqənin laureatı skripkaçı Pavel Milyukov çıxış edəcək.