Xocalı soyqırımından 27 il ötür
Azərbaycanda həyat 1 dəqiqəlik dayanacaq
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ermənilərlə birgə yağmalayıblar
366-nın əməlləri 30 il sonra üzə çıxır
-
Əşirət soyqırımı törədən ermənilər
“600.000-dən çox kürdü qətlə yetirdilər”
-
Dostunu göstər deyim kimsən
Yaxud törətdikləri qətliamlarla yadda qalan iki qardaş ...
-
Ermənilər Xocalının kəndlərindən gedir
Pirlərdə məskunlaşanların əksəriyyəti yaşayış məntəqəsini tərk edib
-
Stoltenberq tarixi pis bilir
NATO baş katibinin II Dünya müharibəsindən sonra baş verən soyıqırımlardan xəbəri yoxdur
-
Katın, yoxsa Xatın ...
Cəlladların söz oyunu və tarixin yaddaşı
-
Buça Xocalının davamı idi
Ukraynadakı vəhşiliyi törədən cəza batalyonlarıdır, məsələn Vaqner
-
Buça qətliamı BMT-də
Təhlükəsizlik Şurası diqqəti mülki şəxslərin qətlinə yönəldir
-
Bu dəfə ağlamadım ...
Çünki Qarabağda üfüqlər sakit deyil!
-
İrəvandan Rusiyaya ittiham
Dövlət Duması üzvlərinin Bakı səfəri erməniləri çilədən çıxarıb
-
“Xocalı bu olub”
Pantomima tamaşası Sofiyada dilləri qurudan soyqırımı sözsüz nümayi. etdirdi
-
Azərbaycanda həyat durdu
Bir dəqiqəlik sükut
-
Xocalılı körpəyə göndərdiyim oyuncaq
Bəs bizim itirilmiş uşaqlığımızı kim qaytaracaq?
-
“Qurtuluş istəyirsinizsə...”
Ankaradan İrəvana hədə kimi mesaj
-
Bakıda ümumxalq Xocalı izdihamı
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva yürüşdə iştirak edib
-
İnsanlığı sarsıdan soyqırım
Rusiyalı xanım jurnalisti Xocalıda şoka salan mənzərə
Ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımından 27 il ötür.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə qarşı soyqırımı törədib. Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.
1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.
Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.
Qeyd edək ki, artıq dünyanın bir neçə ölkəsinin parlamenti Xocalı soyqırımını tanıyan qərar qəbul edib.
Onu da bildirək ki, Xocalı soyqırımının 27 illiyində Bakıda yüz minlərlə insanın iştirakı ilə izdihamlı yürüş keçiriləcək. Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Bakı vaxtilə saat 17:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılacaq, avtomobillər siqnal, gəmilər, metro və yerüstü qatarlar fit verəcəklər. Eyni zamanda Bakıda, digər şəhər və rayonlarda, qəsəbələrdə, kəndlərdə, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları endiriləcək.