

Ermənistana minaatan və digər silah-sursatlar göndərən ölkənin elçisi XİN-ə çağırılıb
Birləşmiş Ştatlar Cənubi Qafqazda yeni geopolitik tərtibə başlayır
Dünya tarixindəki müharibələr yanlış açıqlamadan və hərəkətdən başlayıb
Rusiya Ermənistana satdığı qazın qiymətini qaldırır
“Tərəflərin əlində böyük sayda hərbi qüvvə, texnika var”
Ermənistan danışıqlar formatının genişlənməsini tələbi ilə Kremlin “əlinə oynayır”
Biz ondan nə gözləyirdik və bir il ərzində o, nə edə bilərdi?
“Paşinyan danışıqları dalana dirədi ...”
Ekspert: “Gümrüdəki baza Ermənistanı qoruyur”
“Vaşinqton Tayms” yeni müharibə riskindən yazdı
Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması planı
“Unudulmuş köhnə” təzə qismində; Paşinyan dönəmində də danışıqlar iflas olarsa...
“Biz sadəcə, vasitəçiyik, qərarı tərəflər verməlidir!” bəyanatları bezdirib
Saakaşvili: “Bu İvanişvilinin təslim olmasıdır”
Paşinyanın ordunu müasirləşdirmə layihəsi
“Böyük güclərin Ermənistandan ala biləcəkləri heç nə qalmayıb, Azərbaycandansa ...”
Serbiyadan Ermənistana minomyotlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcimdə silah sursatın göndərildiyi göndərildiyi artıq təsdiqlənmiş faktdır. Azərbaycan Xarici İşlər Nazirinin müavini Xələf Xələfov da bunu Serbiyanın müvəqqəti işlər vəkili Danitsa Veinoviçin diqqətinə çatdırıb. Kəsəsi, Serbiyanın Ermənistana silah-sursat göndərib-göndərməməsi, artıq müzakirə mövzusu deyil. Göndərib. Amma nə üçün? Buna səbəb nədir? Necə olur ki, Azərbaycanın “strateji tərəfdaşı” sayılan və iqtisadiyyat, təhsil, səhiyyə də daxil olmaqla müdafiə sənayesinədək bütün istiqamətlər üzrə yaxından əməkdaşlıq etdiyimiz bir ölkə işğalçı Ermənistana silah-sursat göndərir.
Azərbaycanın Serbiyaya göstərdiyi son humanitar yardımı, ayrı-ayrı şirkətlərin qarşılıqlı iqtisadi əməkdaşlıq münasibətləri çərçivəsindəki yatırımlarını bir kənara qoyaq, biz 2013-cü ildə bu xəyanətkar ölkənin təkcə bir layihəsinə - Liq-Prelin avtomagistralının «Koridor -11» sahəsinin inşasına 308 milyon avroluq kredit ayırmışıq. Həm də 25 il müddətinə, cəmi 4 faizlə... Nə üçün? Axı qütblər arasında manipulyasiya etməklə mövcudluğunu qoruyub saxlamağa çalışan, Avropa İttifaqının qapısında növbə gözlədikləri halda Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə azad ticarət haqqında müqavilə imzalayan Serbiya bir dövlət olaraq bizim üçün nə qədər böyük əhəmiyyət daşıya bilər ki...
Elə Ermənistana göndərilən silah-sursatının izinin axtarışına da 2019-cu ilin noyabr ayının 10-dan, Aİİ-nin Avrasiya İqtisadi Komissiyasının sədri Tiqran Sərkisyanla Serbiya hökumətinin sədri Ana Brnabiç arasında imzalanan müqavilədən başlamaq lazımdır. Tiqran Sərkisyanın isə kim olduğunu, güman edirəm hər kəs bilir. 1998-2008-ci illərdə Ermənistan Mərkəzi Bankının sədri, 2008-2014-cü illərdə Ermənistanın Baş naziri, 2014-2016-cı illərdə isə Ermənistanın ABŞ-dakı səfiri... Səfir kimi ABŞ-dakı səlahiyyət müddəti başa çatdıqdan sonra Tiqran Sərkisyan dərhal Avrasiya İqtisadi İttifaqının ən əsas strukturunun - Avrasiya İqtisadi Komissiyasının sədri təyin olunub və 2016-cı il fevralın 1-dən 2020-ci il fevralın 1-dək komissiyaya rəhbərlik edib. Serbiya ilə azad ticarət haqqında müqavilənin imzalanması qədər olan prosesdə də Aİİ-ni həmin bu Tiqran Sərkisyan təmsil edib.
Zənnimcə mənzərə aydındır. Bu ipucu prosesin bütün detallarına aydınlıq gətirilməsi üçün yetərlidir.
şərhləri göstər
Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.
Şərh əlavə etmək