vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
ƏDƏBİYYAT  
15:36 | 16 fevral 2022 | Çərşənbə Məqaləyə 2046 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Əlişir Nəvainin lirikası”

Professor Ramiz Əsgərin dahi özbək mütəfəkkiri haqqında daha bir kitabı

Cavanşir FEYZİYEV

Bu günlərdə Bakı Dövlət Universiteti Türkologiya kafedrasının müdiri, filologiya elmləri doktoru, Professor Ramiz Əsgərin özbək ədəbiyyatına dair yeni kitabı işıq üzü görüb. “Əlişir Nəvainin lirikası” adlanan kitab Füyuzat mətbəəsində çap olunub.

Adıçəkilən kitab professorun özbək mütəfəkkirindən bəhs edən 4-cü kitabıdır. Bundan əvvəl Ramiz Əsgər Nəvai yaradıcılığına həsr etdiyi elmi əsərlərini cəmləşdirərək “Əlişir Nəvai: şəxsiyyəti və sənəti”, “Əlişir Nəvai. Seçilmiş əsərləri” və “Əlişir Nəvai. Əsərləri” adlı 3 topluda çap etdirib.

Bundan başqa daha öncə tanınmış alimimiz dahi özbək şairi və mütəfəkkiri haqqında tərcümələri ilə də məşhurdur. Belə ki, R.Əsgər Azərbaycan dilinə Əlişir Nəvainin 580 illik yubileyi münasibətilə son iki ildə ədibin yaradıcılığını və onunla bağlı əcnəbi alimlərinin tədqiqatlarını əhatə edən 13 kitab tərcümə edib. Bu kitablar böyük özbək şairinin Xəmsəsini, risalələrini və xarici ölkə araşdırmaçılarının Nəvai haqqında elmi tədqiqatlarını əhatə edir.

Azərbaycanlı alim ötən bir neçə il ərzində Nəvai haqqında müxtəlif xarici ölkələrdə keçirilən bir çox elmi konfranslarda məruzələrlə çıxış edib. Bütün bu fəaliyyəti qarşılıqsız qalmayıb. Nəvai ilə bağlı elmi araşdırmalarına və tərcüməçilik fəaliyyətinə görə Ramiz Əsgər Özbəkistanın “Turan” Elmlər Akademiyasının akademiki adına, Nəvai şəhərinin isə Fəxri vətəndaşlığına layiq görülüb. Bundan başqa Ramiz Əsgər özbək ədəbiyyatı qarşısında müstəsna xidmətlərinə görə 2011-ci ildə “Babur” Beynəlxalq mükafata layiq görülüb, 2021-ci ildə isə Beynəlxalq Türk Akademiyasının “Əlişir Nəvai” qızıl medalı ilə təltif edilib.