vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
MUSİQİ  
11:11 | 1 mart 2022 | Çərşənbə axşamı Məqaləyə 1928 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İrsimizin tədqiqi və təbliği

İctimai birlik Fikrət Əmirovun 100 illiyi ilə bağlı layihə həyata keçirir

Fidan NƏSİROVA

Bu il anadan olmasının 100 illiyi tamam olan Fikrət Əmirov (1922-1984) Azərbaycan musiqi sənətinin inkişafında böyük xidmətlər göstərən bəstəkardır. Onun yaradıcılığı geniş, çoxşaxəli olduğundan sənətinin təbliği, musiqi ictimaiyyətinə və geniş ictimaiyyətə dolğun şəkildə çatdırılması xüsusi əhəmiyyət kəsb edir. Sənətşünaslarımız bu sahədə müxtəlif əsərlər yazsalar da, etiraf etməliyik ki, bəstəkarın yaradıcılığı ilə bağlı hələ deyilməli çoxlu sözlər var.

Bu il Fikrət Əmirovun 100 illik yubileyi ilə əlaqədar respublikamızda silsilə tədbirlər keçiriləcək. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi kiçik qrant müsabiqəsinin qaliblərindən olan “İrsimizin tədqiqi və təbliği” İctimai Birliyi də yeni icrasına başladığı “Dahi bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr olunan tədbirlərin təşkili” layihəsi ilə bu yubileyə öz töhfəsini vermək niyyətindədir.

Layihə üzrə nəzərdə tutulan tədbirlər çərçivəsində ictimai birliyin təşəbbüsü ilə fevralın 22-də Fikrət Əmirovun Fəxri xiyabandakı məzarı ziyarət olundu. Ziyarətdə musiqi ictimaiyyətinin tanınmış nümayəndələri iştirak edirdilər. Anım mərasimində bəstəkarın yaradıcılığı və musiqi xadimi kimi fəaliyyəti barədə söhbət açıldı. Azərbaycan simfonik musiqi janrının yeni bir qolu - simfonik muğamların yaradıcısı olan Fikrət Əmirovun dünyanın məşhur bəstəkarları ilə bir sırada dayandığı vurğulandı.

“İrsimizin tədqiqi və təbliği” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı layihə çərçivəsində təkcə Bakıda deyil, bölgələrdə də həyata keçiriləcək tədbirlər barədə məlumat verdi.