
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Qərbi Azərbaycan vilayətində bir rəsmi, bu il mövcud tendensiyaların davam edəcəyi təqdirdə Urmiya gölünün cənub hissəsinin tamamilə quruya biləcəyi haqda xəbərdarlıq edib.
Qərbi Azərbaycan Ətraf Mühitin Mühafizəsi Təşkilatının texniki məsələlər üzrə müavini Höccət Cabbarinin dediklərinə görə, son illər ərzində Urmiya gölünün vəziyyəti nisbi şəkildə yaxşılaşmışdı, ancaq son zamanlarda yağışların azalması və tələb olunan su payının gölə buraxılmaması səbəbindən, həmçinin Urmiya gölünün canlandırılması üçün bəzi layihələrin yekunlaşmadığından dolayı bu gölün vəziyyəti yenidən böhranlı vəziyyətə gəlib.
Höccət Cabbari Urmiya gölünə su axınının azaldığı təqdirdə bu il Urmiya gölünün böyük hissəsinin, xüsusən də cənub hissəsinin itiriləcəyi barədə xəbərdarlıq edib.
Urmiya gölünün səthi, sahəsi və suyunun həcmi bu il ötən ilin eyni dövrü ilə müqayisədə ciddi şəkildə azalıb.
Hazırda Urmiya gölünün səthi 1270,77 metr təşkil edir. Bu da ötən illə müqayisədə gölün səthinin 66 sm azaldığını göstərir.
Hazırda gölün sahəsi 2489 kvadrat kilometrdir ki, bu, gölün sahəsinin ötən illə müqayisədə 1015 kvadrat kilometr kiçildiyini göstərir.
Urmiya gölünün su həcmi ötən ilin eyni dövründə 5,29 milyard kubmetr olub, ancaq gölün indiki su həcmi 3,11 milyard kubmetrdir.
Qərbi Azərbaycan Ətraf Mühitin Mühafizəsi Təşkilatının müavini bu il Urmiya gölünün 3,4 milyard kubmetr su payından sadəcə 700 milyon kubmetrinin gölə buraxıldığını bildirib.
İranın “Arman-e Melli” qəzeti Qərbi Azərbaycan Ətraf Mühitin Mühafizəsi Təşkilatının sözlərinə toxunaraq, hökumətin Urmiya gölünün canlandırılması üçün heç bir əhəmiyyətli tədbir görmədiyini tənqid edib. Həmin qəzet qeyd edib ki, “keçən il yay mövsümündə quraqlıq səbəbilə içməli su və əkinçiliyə su ehtiyatlarının ayrılması məqsədilə bəndlərin suyu gölə buraxılmayıb. Bunun ardından gölün vəziyyətinin pisləşməsi bir öncəki il gölün vəziyyətinin yaxşılaşmasının səbəbinin sadəcə yağıntılar və bəndlərdən gölə buraxılan su payının olduğunu göstərmiş oldu.”
Ətraf mühit ekspertləri Urmiya gölünün quruması və duz çölünün üzə çıxması nəticəsində duz fırtınalarının ciddi şəkildə bölgədə yaşayan əhalinin həyatına geri dönməz təsirlər buraxacağı haqda xəbərdarlıq edir.