Qələbənin iki üzü ...
... və ya ikiüzlülərin “qələbəsi”
Elçin MİRZƏBƏYLİ,
Əməkdar jurnalist
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Qırmızı terrorun təbliğatı
Sovet hakimiyyətinin ilk illərində ailələr niyə öz övladlarını qətl edirdi?
-
Müəmmalara qapılan Kaplan
Leninə sui qəsdi qardaşı törədib yoxsa anarxistlər?
-
Putin öz “qırmızı xəttini” keçmiş ola bilər
Kreml nüvə sirlərini İranla bölüşməklə Stalin və Xruşşovun etmədyini edib?!
-
İfrat sağ və irqçiliyin fəsadları
Tarixdə bəşəriyyətin törətdiyi ən böyük fəlakət – İkinci Dünya müharibəsi
-
Krım tatarları soyqırıma uğrayıb
Polşa 1944-cü il sürgününü tanıyan 5-ci ölkə oldu
-
Yaşın nə fərqi var?
Bütün xatirələrin özün kimi cavandır
-
Ov tüfəngi ilə silahlanan kosmonavtlar
SSRİ kosmonavtlarının gizli həqiqətləri ...
-
Stalinin şəxsi tərcüməçisi ...
... 43-cü ildə Tehranda keçirilən “Böyük üçlük” görüşünün təşkilatçısı olan azərbaycanlı
-
Çapaladıqca batır
“SSRİ”ni bərpa edəcəkdi MDB-ni də itirir
-
Eyni məqsədin müxtəlif formaları
“Oktyabr” bolşevizimi və “Fevral” teokratizmi
-
Xəzərdən Baltikə
“Adamlar və kitablar” silsiləsindən
-
Tsinpin ənənəni pozur
Pekin hansı “strateji səhvi” təkrarlamaq istəmir?
-
SSRİ dağıldısa onun qərarları da qüvvəsini itirdi
Qərb və Rusiya 1920-ci ilin Qafqaz xəritəsinə qayıtmalıdırlar
-
80 il əvvəlki Çerek qətliamı
Sovet əsgərləri 1500-ə qədər balkarı niyə öldürdü?
-
SSRİ-nin sonuncu amansızı
Putin imperiyanı qurmaq üçün cəlladını görəvləndirdi
-
Qırmızı imperiyanın avantürist rəhbəri
Qorbaçov Azərbaycan xalqının yaddaşında qanlı cəllad kimi qalacaq
9 may gəlir... İkinci Dünya müharibəsinin sonunun və alman faşizminin üzərində qələbənin bayram edildiyi gün... Nə isə hiss edirəmmi? Bayram əhval-ruhiyyəsi, filan... Yox, heç nə hiss etmirəm. 20 Yanvardan və Xocalı soyqırımından sonra bu günlə bağlı içimdə böyük bir boşluq var. Həm də artıq azadlığına qovuşmuş Şuşanın işğalından sonra...
Erməni faşistləri Şuşanın işğalı ilə alman faşizminin işğalına son qoyulduğu günü eyni zaman kəsiyində bayram edirdilər. Və özünü SSRİ-nin varisi elan edən, qələbənin “yorğanı”nı yalnız öz üzərinə çəkən Rusiyadan isə çıxmırdı. Kremlin sahibləri və tör-töküntüləri uzaqdan da olsa səslənmirdilər ki, ay filan-filan şudələr, işğalla, təcavüzlə işğalçı, təcavüzkar üzərində qələbəni eyniləşdirməyin, 300 mindən çox azərbaycanlı, həmin dövrdə Azərbaycan Sovet Sosialist Respublikasının sakinlərinin 3 milyondan bir qədər artıq olduğunu nəzərə alsaq, Azərbaycan əhalisinin 10 faizi faşizmə qarşı müharibədə həlak olub, səsinizi kəsin... Demədilər, əvəzində kökü alman faşizmindən daha dərinə gedən erməni faşizmini pulsuz-parasız silahlarla mükafatlandırdılar, işğala, vandalizmə, günahsız insanların qətlinə dəstək verdilər. Bütün bunlardan sonra hansı qələbə sevincindən danışmaq olar. Məgər faşizm üzərində qələbə çalınıb? O zaman İrəvanda, faşist Qaragin Njdenin nəhəng abidəsi, yaxud posterlərinin önündə aksiya keçirənlər, faşist cəlladlarını bütləşdirənlər kimlərdir?
İllərdir ki, İkinci Dünya müharibəsində əldə olunan qələbədəki rolumuz danılır. Nə müharibənin taleyini həll edən Bakı neftindən danışan var, nə də itkilərimizdən... Rusiyanın rəsmi statistik mənbələrində İkinci Dünya müharibəsində həlak olan azərbaycanlı hərbçilərin sayı bilirsiniz nə qədər göstərilir? 58 min 400 nəfər... Məlum olduğu kimi, İkinci Dünya müharibəsində Azərbaycan ərazisində hərbi əməliyyatlar keçirilməyib. Maraqlıdır, görəsən yerdə qalan 3 milyona yaxın və bəlkə də daha çox azərbaycanlı müharibədə hansı “statusla” iştirak edib və həlak olublar?
Azərbaycanlıların və Azərbaycanın İkinci Dünya müharibəsində əldə olunan qələbədəki müstəsna rolu danılır, qəhrəmanlarımız haqqında danışılmır, müharibə haqqında hansı rus filminə baxsan, adda-budda da olsa ya erməni obrazı görürsən, ya da gürcü...
Öz qəhrəmanlarımız haqqında isə elə özümüz danışıb, özümüz də eşitmişik. Fransanın ermənilərə dəstəyinə və ədalətsiz mövqeyinə görə onlara münasibətimiz bəllidir. Amma əfsanəvi Şarl de Qoll Fransa Müqavimət Hərəkatının qəhrəmanlarından olan Əhmədiyyə İsmayılovu görmək üçün Bakıya qədər gəlmişdi... Vəfa borcunu yerinə yetirmək, minnətdarlığını ifadə etmək üçün...
İkinci Dünya müharibəsinin və bütövlükdə hərb tarixinin əfsanələrindən olan Həzi Aslanovun ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilməsi ilə bağlı sənədi Rusiyanın arxivlərində gizlətmişdilər ki, görən olmasın...
İndi siz deyin, qəhrəmanlarına, dəyərlərinə sahib çıxmayan, təkəbbüründən, eqosundan çat verən, uğrunda can verənlərin varislərini belə özünə borclu sayan bir dövlətdən, toplumdan nə gözləmək olar?...
Azərbaycanda elə nəsil, soy yoxdur ki, indi Rusiyanın öz adına çıxardığı, bölüşmək istəmədiyi qələbənin uğrunda öz doğmalarını, yaxınlarını qurban verməsin. Babam (anamın atası) İkinci Dünya müharibəsində itkin düşüb. Amma nə nənəmdən, nə də anamdan indi “qələbə” deyib guruldayanların sələflərinin məzarı belə olmayan İbrahim kişinin ailəsinə sahib çıxdıqları haqda bircə kəlmə də eşitmədim. Yalnız aclıqdan, məhrumiyyətdən danışırdılar. “Qələbə”nın üzərindən repressiyalarını gücləndirən rejimin qansız köpəkləri uğrunda canını qurban verən, bircə tikəsi belə ələ keçməyən İbrahim kişinin yeganə oğlunu - şair, jurnalist Vaqif Hüseynovu istedadlı, qürurlu və ləyaqətli olduğuna görə təqiblərə, məhrumiyyətlərə məruz qoydular və heç 50 yaşına çatmağa imkan vermədilər... Çərlədib öldürdülər. Qələbəyə sahibləndilər, qələbənin uğrunda canını fəda edənlərin övladlarına sahiblənmədilər. Çünki dirimizə də, ölümüzə də yad gözlə baxırdılar.
...İkinci Dünya müharibəsində həlak olan insanları sayğı ilə anır, faşizmi lənətləyirəm. Amma mənim üçün qələbənin, Zəfər Gününün növbəti ildönümü noyabrın 8-də olacaq. Və biz bu günü faşizmə qarşı həm 1941-45-ci, həm də 1988-2022-ci illərdə prinsipial, ardıcıl, ikili standartlara yol vermədən, ləyaqətlə mübarizə aparan bir xalqın nümayəndələri kimi qeyd edəcəyik. Həmin gün həm alman, həm də erməni faşizminə qarşı mücadilədə şəhid olan qəhrəmanlarımızı böyük qürur və ehtiramla anacağıq!
Azərbaycanın qəhrəman övladlarına eşq olsun!
Tanrı Azərbaycanı qorusun!
Elçin Mirzəbəyli
Əməkdar jurnalist