vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ŞOU BİZNES  
18:35 | 16 may 2022 | Bazar ertəsi Məqaləyə 2117 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İTV-nin ədalətli araşdırma tələbi

Azərbaycana qarşı ikili standartlar, yoxsa ...

Osman GÜNDÜZ

MÖVZU İLƏ ƏLAQƏLİ

İTV-nin və “Eurovision” təşkilatçılarının bir-birini ittiham edən açıqlamalarından hansı qənaətə gəlmək olar?

Beləliklə, İTV və Avropa Yayım Birliyinin (AYB) rəsmi açıqlamalarına əsasən baş verənləri aşağıdakı xronoloji ardıcıllıqla düzmək olar:

1. İTV (Azərbaycan Münsifləri) “Ukrayna 12 bal” qərarını öncədən “Eurovision” təşkilatçılarına (AYB) göndərib;

2. AYB bu qərarı bizim münsiflərin yarımfinal səsləri ilə müqayisə edərək  şübhə ilə qarşılayıb. Lakin bu haqda İTV-yə məlumat verilmir və bizim münsiflər bundan xəbərsiz olur;

3. Bizim münsiflərin qərarını şübhə altına alan AYB final zamanı İTV-dən tələb edir ki, canlı yayımda  “başqa nəticələr” açıqlansın;

4. İTV  bundan imtina edir və dərhal AYB təşkilatçılarına baş verənlərlə bağlı sorğu göndərir, canlı yayımda münsiflərin özəl qərarının açıqlanacağı və məsələnin ictimailəşdiriləcəyi bildirilir;

5. Məhz bundan sonra AYB yarımfinalda olanlara əsaslanaraq Azərbaycan tərəfdən “düzgün olmayan səsvermə sxemindən” istifadə edildiyini bildirir;

6. Finalın sonunda  isə Azərbaycanla canlı bağlantı alınmır və münsiflərimiz “Ukrayna 12 bal” qərarını canlı olaraq elan edə bilmir. Azərbaycan tərəfi bağlantının alınmamasını AYB-nin təqsiri üzündən baş verdiyini bildirir. AYB isə Azərbaycan tərəfinin sorğusuna əsasən bunun texniki problem olduğunu bildirib;

7. Canlı bağlantı alınmadığından AYB yarışın finalı ilə bağlı İTV-nin deyil, öz nəticələrini elan edir və Ukraynaya 6 bal verildiyi elan olunur;

8. İTV bütün baş verənlərlə bağlı hər hansı rəsmi açıqlama vermir, İTV nümayəndələri sadəcə canlı bağlantı imkanının AYB tərəfindən yaradılmadığını elan edir;

9. Finaldan dərhal sonra AYB Azərbaycan tərəfinin səsvermə qaydalarını pozduğunu  və münsiflərin manipulyasiya etdiyini, Azərbaycan və daha 5 ölkənin münsiflərinin müsabiqədən kənarlaşdırıldığını  rəsmi açıqlayır. Azərbaycan tərəfə sübutlar təqdim edilmir;

10. Bir gün sonra İTV baş verənlərlə bağlı AYB-ni ittiham edən rəsmi açıqlamanı yayır və ədalətli araşdırma tələb edir və bunun nəticəsindən asılı olaraq növbəti addımlar atılacağını bildirir;

Araşdırılmalı məqamlar:

1. Yarışın yayımı prosesində iştirak edən telekommunikasiya operatorlarına sorğular verməklə canlı bağlantının nə üçün alınmamasını aydınlaşdırmaq olar;

2. İtaliya təhlükəsizlik qurumuna sorğu verməklə final anında kiber hücumun olması və bunun canlı bağlantıya təsirləri haqqında məlumat almaq olar;

P.S.: Hazırda cəmiyyəti daha çox narahat edən məsələ odur ki, baş verənlər Azərbaycana qarşı ikili standartlardı, yoxsa doğurdanmı İTV qəsdən canlı bağlantıya qoşulmayıb.

Doğurdanmı bizim münsiflər manipulyasiya edib.

Bu baxımdan AYB-nin Azərbaycana qarşı  ittihamında irəli sürülən “yarımfinal və final mərhələsində verilən səslərdəki qəribəlik”, “düzgün olmayan səsvermə sxemi” məsələlərinə İTV-nin daha ağlabatan formada aydınlıq gətirməsi faydalı olardı.