“Yumşaq güc”
Ukraynadakı müharibə ruslarda bu keyfiyyətin olmaması ucbatından baş verdi
Ələkbər ƏLİYEV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
Putin bu müharibənin olmaması üçün əlindən gələni etdi. Amma bütün “sivil” vasitələr tükənincə, zor gücünə əl atmalı oldu.
Əsəbiləşməyə tələsməyin, doğrudan da dediyim kimi olmuşdur. Baxın, düz səkkiz il boyunca, ta 2014-dən bu ilə kimi Putin “yumşaq güc” vasitəsilə Ukraynada vəziyyəti öz xeyrinə dəyişdirməyə çalışdı. Ayrı-ayrı şəxslər, FSB, Rossotrudniçesto və s. kimi qurumlar “cənab Putin, siz pul verin, qalanı bizlikdir” dedilər, bu səkkiz il ərzində milyardlar, on milyardları basıb yedilər.
Vəziyyəti tragikomizm kimi də səciyyələndirmək olar. Putin anladı ki, Qərb tərzi “yumşaq güc”, “pulla satınalma”, “qrantlar və ianələr sistemi” Rusiyada, ruslarla işləmir və işləməyəcək. Bəli, Putin bundan tam əmin olduqdan sonra, yalnız silah gücünə hədəfinə çata biləcəyini anladı.
Birincisi, ideya normal deyil. ABŞ və Avropanın institutları pul ilə yanaşı, qulağa həqiqətən də xoş gələn, gözqamaşdıran, insanın beyninə və ürəyinə işləyən ideya təklif edir. İnsan haqları, insanın dəyəri, hüququn aliliyi kimi şeylər ağır söhbətlərdir, hər kəsin başı, dərrakəsi üçün deyil. Əksəriyyət üçün quru əzbərdir, mahiyyətinə varılmır. Avam üçün isə, bunu yığcam ifadə etsək işin özü, işin əsli “haydı qızlar-oğlanlar hamı əl-ələ tutsun, şənlik quraq, Parisdə kofe, ABŞ-da scolarship, “I agree with you”, ay nə gözəl, hamımız liberalıq, göyqurşağı rəngində dünya”.
Rusiyanın isə cəlbedici bir ideyası yoxdur. Ancaq marginal, xəstə ruhlu, travmalı, kompleksli, zorakılığa meylli adamların sevə, meyil edə biləcəyi brutalizm (o da saxta), avtokratiya, “если надо повторим”, dağıdıcılıq, anti-estetika.
İkincisi isə, ideya olmasa belə, etiraf edək ki, pul çox ciddi kompensatordur. Amma yuxarıda da vurğuladığım kimi - rus pul ilə davranmağı, hansısa hədəflər, məqsədlər uğrunda pul xərcləməyi bacarmır. Psixoloji və fizioloji olaraq bacarmır, buna qadir deyil. Putin kisənin ağzını sonacan açdı, on milyardları saçdı, təki Ukraynada insanlar satın alınsın, “yola gəlsin”, Rusiyanı seçsin. Amma pullar ünvana çatmadı. ABŞ və Avropa bərabərdir strateji düşüncə, uzun vədəli hədəflərin planlaması (əsasən də anqlosakslar üçün). Bu uğurda istənilən qədər pulu uf demədən, gözlərini qırpmadan saçarlar. Rus isə belə şeyləri bacarmır. Ona görə NED, USIAD və başqa təşkilatlara guya alternativ kimi yaradılan Rossotrudniçestvo batdı. İşləyə bilmədi. Qərblilər kisənin ağzını açır, pulları bolluca, səxavətlə saçır.
Götürək elə Azərbaycanı. Şərti Aytən, İsmayıl, Gülnarə, Samir yazırlar layihələri (insan haqları, demokratiya, kəpənəkləri qoruyaq, it-pişiklərə qulluq, əl-ələ tutaq yallı gedək və s.), gəlirlər fonda, donor da basır dollardan, avrodan, insanlarda istər istəməz bir rəğbət, hətta sədaqət yaranır. Bütün merkantilizminə, hesab-kitabını çox dəqiq bilməsinə, öz mənfəətini çox dəqiq hesablamasına, hedonizminə (əxlaqsız həzz aludəçiliyi) və ümumiyyətlə mahiyyət və fitrət etibarilə idealizmdən uzaq olmasına baxmayaraq, azərbaycanlı bir də görürsən Qərb dəyərləri uğrunda barrikadalara dırmaşır. Nə qədər belə balaca və böyük qavroşlarımız var.
Rusiya və ruslar üçünsə bütün bunlar çox qəribə, başa düşülməsi mürəkkəb sxemlər və dəyərlərdir. Rossotrudniçestonun, məsələn, Bakı şöbəsindəki Fyodr, Marina, Stepan, Larisa başa düşmür ki, mərkəzin Azərbaycan (Ukrayna, Moldova, Qazaxıstan və s.) üçün ayırdığı yüz, iki yüz, beş yüz milyon dolları NƏ ÜÇÜN təyinatı üzrə xərcləməlidir axı? Bu pulu basıb yemək var ikən, onu nə üçün Aytən, İsmayıl, Gülnarə, Samirin hansısa debil layihəsinə verməlidir? Uzaq perspektivə hesablanmış strateji hədəf və rus – oksümorondur. O anlamır belə şeyləri. Bu dəqiqə, bu an, indi, isti-isti, soğan olsun nağd olsun – bax budur prinsip və dəyər. Ona görə də, istəyir trilyonlar xərcləsin, rus heç vaxt “yumşaq güc” hesabına öz taktiki və əlbəttə ki, strateji hədəflərinə çatası deyil.
Beləliklə, Ukraynadakı müharibə sırf bu keyfiyyətin ruslarda olmaması ucbatından baş verdi. Rusiyanın saxta yumşaq gücü, Qərbin həqiqi və işlək yumşaq gücünə Ukraynada məğlub oldu. Müharibədən başqa çarə qalmadı. Rus, yəni Putin bunu birmənalı olaraq anladı və yetim, dünyaya başa sala bilmir ki, ay qurban olum sizə, bizim topdan, tankdan başqa heç bir resursumuz yoxdur. Yerli-dibli yoxdur. Uduzuruq sizə strateji planlamada, yumşaq gücdə.
Mən bu məntiqi başa düşürəm, rusun motivini də həmçinin. Fyodr, Marina, Stepan, Larisa, Surkov, FTB və Rossotrudniçestvonun kadrları Putinə rəsmən dedilər ki, bizdən adam olmaz, ver buryatları, çeçenləri qırğına, görək başımıza nə gəlir.