
Üz verəndə astar istəyənlər ...
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Putinin bizə qarşı qisasçı, xain davranışları nə vaxta qədər davam edə bilər?
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Türkiyə TDT-nın irəli sıçraması üçün bir an öncə hərəkətə keçməlidir
Proses hara gedir, Azərbaycan nə istəyir?
Seçim Moskvanındır!
İranın Azərbaycana qarşı siyasəti
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
... və ya “dil pəhləvan”ın yeni macəraları
Kreml Ukraynaya vurduğu damğanı Azərbaycana da yönəltmək istəyir
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Ermənistan isə İranı “Tramp Yolu”na döndərməyə çalışır
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mayın 23-də Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması ilə bağlı suallara cavab verib.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycan prezidenti və Ermənistan baş naziri ilə danışıqlarından sonra mayın 22-də verilmiş bəyanatında deyilirdi ki, tərəflər Azərbaycan və Naxçıvan arasında Ermənistan ərazisi və Ermənistanın müxtəlif hissələri arasında Azərbaycan ərazisindən keçməklə kommunikasiyaların açılmasına dair razılaşma əldə ediblər.
Qriqoryan “Ermənistanın müxtəlif hissələri arasında Azərbaycan ərazisindən keçməklə” ifadəsini izah edib: “Söhbət ondan gedir ki, məsələn Ermənistan vətəndaşları və yükləri Yerasxdan (Arazdəyən) Meğriyə və ya əksinə çatmaq üçün Naxçıvan Muxtar Vilayətinin ərazisindən keçəcəklər. Eyni prinsiplər üzrə Azərbaycan vətəndaşları və yükləri də Horadizdən Naxçıvana Ermənistan ərazisi ilə keçəcəklər”.
Jurnalistlər maraqlanıblar ki, Ermənistanın bir hissəsindən başqa hissəsinə keçilməsi üçün niyə Naxçıvan ərazisindən istifadə olunmalıdır?
A.Qriqoryan bunu belə izah edib ki, Ermənistanın şimalı ilə cənubunu birləşdirən dəmir yolu Naxçıvandan keçir: “Müzakirə olunan mövzu regionda bütün kommunikasiyaların açılmasıdır. Buna görə də bu açılmanın prinsipləri məsələsi həll olunmalıdır. Müzakirələr bu məntiqlə gedir”.
Təhlükəsizlik Şurasının katibi xatırladıb ki, habelə Ermənistan Respublikasının Naxçıvan ərazisi ilə İrana və Azərbaycanın şərq regionları vasitəsilə Rusiyaya çıxışı müzakirə olunur.