vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 27 iyun 2022
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
ƏDƏBİYYAT  
23:22 | 29 may 2022 | Bazar Məqaləyə 1506 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Markesin SSRİ təəssüratları

“Hamı eyni cürdür, köhnə və çox pis tikilmiş paltarlarda, yöndəmsiz ayaqqabılarda gəzir”

Xəqani SƏFƏROĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya şöhrətli Qabriel Qarsiya Markes 1957-ci ildə SSRİ-də səfərdə olub. O zaman hələ gənc və tanınmayan Markes Sovet İttifaqında keçirilən gənclərin ümumdünya Festivalında iştirak edib.

O, festivala Kolumbiya folklor qrupunun tərkibində qatılıb. Həmin səfər barədə, SSRİ haqqında oçerk yazıb. Oçerk heç vaxt SSRİ-də çap edilməyib. Yalnız 1998-ci ildə arxivdən götürülüb və tərcümə edilib. 

Oxudum.

Çox maraqlı müşahidələri var Markesin. Sovet həyat tərzinin yeksənəkliyini, mənasızlığını və insanların uşaq kimi emosional və dozasından artıq sevincək olmasını vurğulayıb. Leninin və Stalinin məqbərələrinə baxıb. Stalinin cəsədini təsvir edərkən  onun əlini “qadın əli” kimi təsvir edib. 

Maraqlıdır ki, Markes bu müşahidələrindən sonralar yazacağı və ona şöhrət gətirmiş “Patriarxın Payızı”, “Yüz il tənhalıqda” əsərlərində çox məharətlə istifadə edib.  Hətta Latın Amerikası ölkələrinin ədəbi tənqidçiləri Markesin əsərlərində totalitar sistemin belə ağır və dəhşətli təsvirini yazıçının aşırı təxəyyülünün məhsulu sayıblar. 

Onlar Stalin diktaturasının insan həyatına, məişətinə qədər soxulmasını və idarəsini sadəcə anlamırdılar. 

“Siniflərin itib getməsi-təsirli həqiqətdir. Hamı eyni cürdür, hamı köhnə və çox pis tikilmiş paltarlarda və ayaqqabılarda gəzir. Onlar tələsmir, təlaşla vurnuxmurlar... Adama elə gəlir ki, onların bütün vaxtı yaşamağa sərf olunur.

Moskva mağazalarının cansıxıcı mənzərələrini görənlər inana bilmirlər ki, ruslar atom silahına malikdirlər. Lakin məhz vitrinlər bu faktın həqiqiliyini sübut edir.

Sovet nüvə silahı, kosmik raketlər, mexanikləşdirilmiş kənd təsərrüfatı, səhraların təsərrüfat üçün yararlı hala gətirilməsi – bütün bunlar sovet adamlarının 40 il pis tikilmiş paltarlarda və yöndəmsiz ayaqqabılarda gəzməsinin və yaşadıqları yarım əsrlik sərt çətinliklərə dözməsinin nəticəsidir”, – deyə Markes oçerkində sovet adamları haqqında yazır. 

Oçerki oxuduqca gənc Markesin dəqiq müşahidələrinin onun misilsiz düşüncəyə malik ədib, yazıçı kimi çox unikal olmasını sübut edir.