vaxtlı-vaxtında oxuyun! Cümə, 29 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNDƏM  
19:49 | 15 iyun 2022 | Çərşənbə Məqaləyə 941 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təhlükəsizlik simgəsi

Bizim nəslimiz bu qələbəyə onillərini qurban verib

Bəhram İSMAYILOV
Azərbaycan Yüksəliş Partiyası başqanının 1-ci müavin

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Azərbaycan və Türkiyə prezidentləri arasında Şuşa Bəyannaməsinin imzalanmasının bir ili tamam olur. İllərlə gözlədiyimiz, gözlədikçə əksəriyyətin inandığı, amma bu inamının zamanla itdiyi böyük tarixi hadisəni artıq gözləmirik, yaşayırıq.

15 iyun 2021-ci il tarixdə “Türkiyə Azərbaycandan küsdürülüb”, “Türkiyə bölgədə yoxdur”, “Şuşada ruslar gəzir” kimi tezislərlə beyinləri dumanlandırmaq istəyənlərə rəğmən, Türkiyə prezidenti (oxu Türkiyə dövləti) dünya liderləri ilə görüşdən Ankaraya deyil, Şuşaya gəldi.

Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf edən bu tarixdə iki dövlətin başçıları arasında Şuşa Bəyannaməsi imzalandı. 

Milli ideologiya daşıyıcılarının, təvazökarlıq etmədən qürurla yazıram, bizim illərdir, dayanmadan, usanmadan israrla istədiyimiz, söylədiyimiz, təbliğatını qurduğumuz strateji xətt - Türkiyə-Azərbaycan birliyi hər şeyə rəğmən qalib gəldi.

Hər kəs Şuşa Bəyannaməsinin mətnini oxuyub yəqin.

Amma bir neçə bəndin üzərində durmağı vacib hesab edirik.

Əvvəla, Qars müqaviləsinə sadiqliyin vurğulanması, ermənilərin hər zaman işğal etmək istədikləri Naxçıvan ərazisinə iddialarına növbəti ciddi zərbəni vurmuş oldu. Xatırladaq ki, bəyannamənin mətnində Naxçıvanın xüsusi coğrafiyaya malik olmasının nəzərə alınacağı ayrıca vurğulanır.

Hələ 90-cı illərdən Naxçıvanın təhlükəsizliyinin yeganə təminatının Qars müqaviləsi və Türkiyə olduğunu zaman-zaman söyləmişik, yazmışıq,  səsləndirmişik.

İkincisi, bəyannamədə ümumi maraqlardan yola çıxaraq, siyasi, iqtisadi, humanitar, təhsil, səhiyyə və xüsusi olaraq, qeyd edəcəyimiz müdafiə sahələrdə hər iki tərəfin potensialının birləşdirilməsinin əhəmiyyətinin dərk edilməsi.

Çox şükür, illərdir, on illərdir Türkiyə Azərbaycan birgəliyinin məhz, dərk edilməsi üçün çalışdıq.

Təbii, bütün bunlara müəyyən zaman lazım olduğunu anlayırdıq.

Amma Azərbaycanın nicatını, Qarabağın rus-erməni işğalından azad olunmasını heç vaxt yanlış ünvanlarda, Moskvada, Tehranda aramadıq, Turanda, Türkiyədə, Türk Dünyasının birgəliyində aradıq və tapdıq.

Regional olaraq sülh və sabitliyin təmin olunmasında səylərin birləşdirilməsi.

Milli təfəkkür daşıyıcıları olaraq otuz ildir, Cənubi Qafqazda sabitlik və sülh üçün Türkiyənin bölgəyə gəlişinin, Azərbaycanla tandemdə olmasının vacibliyini israrla vurğulayırıq.

Rusiyanın təcavüzkar siyasətinin qarşısında məhz bu tandemin dura biləcəyini söyləyirik.

Həm də “Türkiyə bölgəyə gələrsə, Moskva başımıza bomba yağdırar”, – deyən hakimiyyət “strateqlərinə” rəğmən.

Digər bir bənd, tərəflərin hər hansı birinin suverenliyinə üçüncü dövlətin və ya dövlətlərin təhdid və təcavüzü olduğu halda BMT Nizamnaməsinə uyğun olaraq müdafiə ehtiyaclarının ödənilməsinə qərar verilməsi və silahlı qüvvələrin əlaqələndirilmiş fəaliyyətinin təşkili.

Qısacası, söhbət hər hansı ərazimizə təhdidə qarşı milyonluq ordunun duracağından gedir.

Düşünürük ki, bu qədər yetərlidir.

30 ildir, bütün çətinliklərə, bütün inamsızlıqlara, əleyhimizə yönələn təhdid dolu və Rusiya mərkəzləri tərəfindən idarə olunan bütün aqressor təbliğat maşınlarına baxmayaraq, bu gün Şuşada Şuşa bəyannaməsinin ildönümünün böyük törənlə qeyd olunması bizim, milliyyətçi demokrat kəsimin parlaq  qələbəsinin bariz sübutudur.

Unutmayaq ki, bu qələbəyə bizim nəslimiz onillərini qurban verib.

Və hələ görüləcək çox iş var.

Görülən işlərin hələlik bazasının kövrək olduğu gözlə görünür.

Paradokslar çoxdur.

Bu gün Şuşanın mərkəzində Türk Birliyinin, Qarabağın və ümumilikdə Azərbaycanın təhlükəsizlik simgələrindən biri olan Şuşa Bəyannaməsinin ildönümü qeyd olunur, Bakının mərkəzində işğalçı və təcavüzkar Rusiyanın dili hökmran kəsilib.

Dövlət vəzifələrində oturanlar rusca danışır, övladlarının rus dilində təhsil alması, ağalarına verəcək hesab üçün yüzlərlə rus məktəbləri açırlar.

Azərbaycanda milli kimliyin, Türk Dövlətlərinin birliyinin oturuşması üçün daha çox dəyişimə ehtiyac var.

Azərbaycan Yüksəliş Partiyası yarandığı gündən Azərbaycan-Türkiyə münasibətlərinin tam çulğalaşması üçün, eyni zamanda türki dövlətlərinin geopolitik, iqtisadi və siyasi güc mərkəzi olması üçün bütün səylərini ortaya qoyub və bu strateji xətti davam etdirməkdədir.

Bu strateji xəttin siyasi hakimiyyətə daşınmasının zamanı artıq gəlib.

Bunu Şuşadakı törənin gedişatı da göstərir.

Bu törəni, bütövlükdə təqdir etsək də, siyasi partiyaların tədbirə dəvət olunmasını alqışlasaq da, kifayət qədər əskiklərin olduğunu görməmək mümkün deyil.

Təkcə, sabahdan axşamadək rus təbliğat maşınının Azərbaycanda uğurlu fəaliyyəti üçün dəridən-qabıqdan çıxanların bu gün Şuşada olması dediklərimizin sübutudur.

Törən sadəcə törən keçirmək xətrinə olmamalıdır və bu, ayrı yazının mövzusudur.

Görünən odur ki, otuz ildir, hədəflədiyimiz strateji xəttin tam, qüsursuz həyata keçməsi üçün hakimiyyətə gəlməyimiz şərtdir və Azərbaycan Yüksəliş Partiyası olaraq biz buna, milli qüvvələrlə, professional kadrlarla birgə hazırıq.