
Rusiya ilə sərhəddə təşviş
“Hər şeyə şübhə ilə yanaşmalıyıq”
“Hər şeyə şübhə ilə yanaşmalıyıq”
AB ilə danışıqlar, enerji riski və yeni geosiyasi balanslar
Avropanın kəşfiyyat xəbərdarlığı nə deyir?
Tramp: “Rusiyaya dair mühüm açıqlama verəcəyəm”
Trampın “BRICS” qorxusu gərginlik yaratdı
Hərbi komissarlıqdan yayınanların bütün hüquqları alınacaq
Putin-Tramp xəttində külək tərsinə döndü, rus mediasında qarşı ritorika sərtləşdi
Hansı ölkənin əhalisi ABŞ, Çin və Rusiyanı müttəfiq və təhlükə hesab edir
Kalininqrad üzərindəki casus təyyarə Böyük Britaniyaya geri döndü
“Avropa öz təhlükəsizliyinə daha çox məsuliyyət daşımalıdır”
Baba Primakovun tələbəsi Putinin əlaltısı nəvə Primakov
Cənubi Qafqaz ölkələrindən Putinə “şillə”lər davam edir...
SİZO-da dövlət təhlükəsizliyinə qarşı cinayətlərdə ittiham olunanlar saxlanılacaq
Avropanın ən böyük limanında müharibə imitasiyası
5 günlük müharibədən sonra “Rafale” təyyarələrinə qarşı təbliğat genişlənib
Ukrayna hərbi kəşfiyyatı Rusiyanın Ermənistandakı hərbi varlığını artırdığını iddia edir
Rusiya mediasının iki gündür ən çox müzakirəyə çıxardığı sual budur: “Çin lideri Si Tsinpin niyə Rusiya prezidenti Vladimir Putinin dəvətini qəbul etməyərək Moskvaya gəlmədi, bunun səbəbi nədir?”
Bu sual Rusiyanın siyasi və ekspert dairələrini ona görə məşğul edib ki, dəvətin qəbul edilməməsi Rusiya prezidenti Vladimir Putin üçün gözlənilməz olub. Ukraynaya qarşı işğalçı müharibə aparan və Qərbin sərt sanksiyaları ilə üzləşən Putinin dostu Tsinpinin Kremlə gəlişinə ehtiyacı var idi. Digər tərəfdən Vladimir Putin bu ilin fevralın 3-də Pekin Qış Olimpiadasının açılışında iştirak etmişdi. Ona görə də Putin düşünürdü ki, Rusiya üçün hazırkı ağır vəziyyətdə çinli dostu onun dəvətini qəbul edəcək. Ancaq Putinin çinli dostu fərqli qərar verdi.
Çin lideri Si Tsinpinin Kreml səfərini təxirə salmasını iki səbəblə izah edirlər.
Birinci səbəb rəsmidir. Çin pandemiyadan qurtulmayıb və Si Tsinpin iki il ərzində ölkəsindən kənara çıxmayıb. Yəni Si Tsinpin özünü pandemiyadan ciddi qoruyur. Ancaq Vladimir Putin də Si Tsinpin kimi özünün iki ildir koronavirusdan ciddi qoruyur, hətta müxtəlif liderlərlə görüşdən əvvəl onların testdən keçirilməsini tələb edir. Putin testdən keçməyənlərə əli ilə görüşmür, onlarla uzun masada müzakirə aparır. Misal üçün Fransa prezidenti Emmanuel Makron Putinin test tələbini yerinə yetirmədiyinə görə Kremldə uzun masada otuzdurulmuşdu. Ancaq Putin üçün Makronla Si Tsinpin arasında böyük fərq var. Buna baxmayaraq, Si Tsinpin Moskvaya getməməyə qərar verib. Rusiya mediası Kreml sahibinin pərt vəziyyətə düşməməsi üçün belə bir xəbər yayıb ki, guya Tsinpin Honkonqa səfəri zamanı regional dövlət xadimlərindən birində koronavirus aşkarlanıb və Çin lideri özünü təcrid rejiminə keçib.
Çin liderinin Moskva səfərinin təxirə salmasının ikinci versiyası da var. Pekin Moskvanın strateji tərəfdaşı sayılsa da, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibədə tərəf tutmaq istəmir. Əlbəttə, Çin Qərb ölkələri kimi Rusiyanın işğalçı müharibəsini tənqid etmir. Ancaq Pekin eyni zamanda Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşdığını gizlətmir. Bu səbəbdən Si Tsinpin Moskvaya səfərlə Rusiyanın siyasətini təsdiqləmiş kimi görünmək istəməyib. Çinin əsas iqtisadi maraqları ABŞ və Avropa ölkələri ilə bağlıdır. Pekinin Vaşinqtonla münasibətlərdə gərginliyi mövcud olsa da, Çin lideri Rusiya və ABŞ arasında nisbi balansı qorumaq istəyir.
Səfərin təxirə salınması Rusiyanın siyasi və ekspert dairələrində bu sualı da gündəmə gətirib: “Çin nə dərəcədə etibarlı tərəfdaşdır?”