
Sərhədi 5 milyona yaxın insan keçib
Avropada yaşayan türklərin mövsümü rekordu
Avropada yaşayan türklərin mövsümü rekordu
Qərb və yəhudi bankirlər, yoxsa ...
ABŞ-dan türklərə misli görünməmiş xəbərdarlıq
Yaxın Şərqdə Ankara və Vaşinqtonun strateji maraqları fərqli meyarlara söykənir
Bolqarıstan gömrüyündən keçə bilməyən sürücü avtomobilinə od vurdu
Türkiyə TDT-nın irəli sıçraması üçün bir an öncə hərəkətə keçməlidir
“Altay” “T-72” və “T-90” tanklarını əvəz edəcək
“Polad Qübbə”nin təqdimat mərasimi dünya mətbuatında
Tarladan süfrəyə qiymətlər artacaq
Ölkənin bütün şəhərlərində sığınacaqlar tikiləcək
ABŞ sənayeyə zərər verib-vermədiyini müəyyən edəcək
İsveç Baş nazirinin Ankara ziyarəti sonrası NATO Təhlükəsizlik skandalı
Türkiyə və “F-35” mövzusundakı mövqe dəyişməyib
Türk limanlarında İsrail gəmilərinə qadağa iddiası
2026-cı ildə baş tutacaq tədbirlə Türkiyə ikinci dəfə sammitlə ev sahibliyi edəcək
Bakı regional və qlobal sülh üçün yeni mərkəzdir
Altı il əvvəl qardaş Türkiyə xalqı Vətəninin müstəqilliyini, suverenliyini müdafiə edərək, dövlətçiliyə və demokratiyaya sahib çıxaraq əsl şücaət və qəhrəmanlıq nümunəsi göstərdi, dünyaya bir daha qüdrətini və əzəmətini sübut etdi. 15 İyul hadisələri ilə əlaqədar təsis edilmiş “Demokratiya və Milli Birlik Günü” qəhrəman xalqınızın Vətəninə və dövlətinə bağlılığının, dövlətçiliyə və demokratik ənənələrinə sadiqliyinin təcəssümüdür.
Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyədə 15 İyul dövlət çevrilişi cəhdinin altıncı ildönümü ilə əlaqədar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi məktubda yer alır.
Məktubda qeyd olunur ki, Azərbaycan xalqı dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını fəda edən şəhidlərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.
Məktubda, daha sonra deyilir: “Qardaş xalqınızın əsl lideri kimi Sizin şəxsinizə olan sonsuz inam və etimadı, Sizin ətrafınızda sıx birləşməsi Türkiyə dövlətinə qarşı yönəlmiş xəyanətin qarşısını almaqda, ölkənizin bu çətin sınaqdan başıuca çıxmasında həlledici rol oynadı. Milli birliyin və həmrəyliyin, sarsılmaz iradənin və güclü liderliyin təntənəsi olan bu möhtəşəm zəfər Türkiyə dövlətçiliyinin tarixinə əbədi olaraq həkk olunub”.
Prezident İlham Əliyev xatırladıb ki, Azərbaycan xalqı və dövləti ilk dəqiqələrdən qardaş Türkiyənin yanında olaraq və həmrəylik göstərərək bu xəyanətkar dövlət çevrilişi cəhdini ən qəti şəkildə qınayıb. “Bir millət, iki dövlət” prinsipi əsasında həm sevincli, həm də kədərli günlərdə bir-birinə dayaq olan xalqlarımız məhz çətin anlarda qarşılıqlı dəstək göstərərək qardaşlığını sübut edirlər. Biz bundan sonra da bütün məsələlərdə Türkiyənin yanında olacağıq.
“Qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Əminəm ki, bir ay əvvəl imzalanmasının birinci ildönümünü qeyd etdiyimiz Şuşa Bəyannaməsində müəyyənləşdirdiyimiz müttəfiqlik hədəflərinə doğru bundan sonra da inamla addımlamağa davam edəcəyik”, - deyə məktubda vurğulanır.