

Çarlz Mişelin Türkiyə ilə bağlı açıqlaması dünyanın gündəminə damğa vurdu
Rəsmi Budapeşt 5,8 milyard qrant qarşılığında Ukraynaya nəzərdə tutulan yardıma hə dedi
Günlərlə yeməksiz, susuz kazarmalarda saxlanılıb ...
Rəsmi Sofiyanın Şengen zonasına daxil olmaqdan imtina edilməsinə reaksiyası sərt oldu
Aİ Xorvatiyanın Şengen zonasına daxil olmasını təsdiqləyib
Xorvatiyanın üzvlüyə prəblem olmadığı halda, 1 ölkə Rumıniyanın, 2-si isə Bolqarıstanın əleyhinədir
Rusiya Mərkəzi Bankı hesabat açıqladı
Avropa İttifaqı Rusiyaya 9-cu sanksiya paketini açıqladı
Netanyahunun qurduğu koalisiya qoca qitəni narahat edir
Mühacirləri izləmək və zorla ölkəyə qaytarmaq üçün fəaliyyətdə olublar
25 ölkədə keçirilən əməliyyatda 2500 nəfər həbs olunub
Rusiya neft ticarətində maksimum qiymətdən istifadəni qadağan etməyə hazırlaşır
Kremldən neft qiyməti qərarına etiraz
KOPE-nin son vəziyyəti və MAQATE ilə əməkdaşlıq müzakirə edilib
Ursula von der Leyen maksimum qiymət anlaşmasını dəyərləndirdi
Rusiya neftinə maksimum qiymət müəyyən edildi
Müharibə şimalda getsə də diplomatik və iqtisadi təşəbbüs aktivliyi Xəzərin çevrəsindədir. Sabah ölkə iqtisadiyyatı üçün önəmli tarixə çevrilə bilər.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson sabah Azərbaycana səfər edəcək və burada ölkə Prezidenti İlham Əliyev, energetika naziri Pərviz Şahbazov və SOCAR Prezidenti vəzifəsini icra edən Rövşən Nəcəflə görüşəcək.
Avropa Azərbaycandan Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyində maksimum rol oynamasını istəyir. Çünki Azərbaycandan uzanan CQD bu zonanı əhatələyir. Ölkələr arası intetkonnektorların çəkilməsi və mövcudlarının yenilənməsi Şərqi Avropada başa çatmaq üzrədir.
Bu ərəfədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə İrana rəsmi səfər edir. O, Tehranda İran prezidenti İbrahim Rəisi ilə görüşəcək. Görüş zamanı birgə ticarət həcminin artırılması çərçivəsində yeni yol xəritəsi haqqında danışıqlar aparılacağı bildirilsə də, düşünürəm ki, bir çox regional-iqtisadi məsələlər də ciddi müzakirə ediləcək, o cümlədən Transxəzər layihələri, Zəngəzur dəhlizi və Orta Asiya ilə bağlı potensial perspektivlər.
Beləcə, müharibə şimalda getsə də diplomatik aktivlik Xəzərin çevrəsindədir. Avropa Komissiyasının prezidenti Xəzərin qərbinə gəlir, Ərdogan Xəzərin cənubuna gedir, Putin Xəzərin şərqinə uçur. Hamı harasa gedir, danışır, döyüşür. Hələlik isə, 12 Cənub-Şərqi Avropa ölkəsi, 7 orta Asiya ölkəsi və 5 Xəzəryanı ölkələr arasında son 3 ildə getdikcə mövqeyi, nüfuzu, qüdrəti artan Azərbaycandır. Sabah Bakıda olacaq görüşlərin də iki səbəbindən biri elə budur.