Düşməni ilə də KİŞİ kimi davranan HÖKMDAR
Doğum günün mübarək, ey Pirim Mürşüdüm!
Zaur ƏLİYEV, dosent
MÖVZU İLƏ ƏLAQƏLİ
-
145 yaşlı Məcnun
Aşiq obrazından sonra Şah İsmayıl yaratmaq ...
-
Müdiri şagirdləri döyüb
Ərdəbildə məktəblərində azyaşlılara qarşı zorakılıq adiləşib
-
SEPAH-ın qız məktəbinə növbəti hücumu
Yaralanan bir neçə şagird Ərdəbil xəstəxanasına köçürülüb
-
Ərdəbil lider olub
Onlarla şəhərdə etiraz aksiyaları davam edir
-
Məktəbli qız öldürülüb
Ərdəbildə fars-molla rejiminə qarşı etirazlar getdikcə güclənir
-
Ərdəbildə 2200 illik tarixi məkan məhv edilir
Parfiya dövrünə aid qəbirlərin üzərində zavod tikirlər
-
Ərdəbildə çörək tapılmır
Terrorçulara göndərilən buğda və un yardımından sonra ölkədə qıtlıq yaranıb
-
700 illik abidə uçub
Ərdəbildə Elxanilər dövrünə aid olan hamam baxımsız qalmışdı
-
235 il sürən bütöv Azərbaycanın qurucusu
Yaxud Babək və Nəsimi irsinin sahibi-Şah İsmayıl Səfəvi
-
700 kənd susuz qalıb
Ərdəbilin içməli su problemi illərdir həll edilmir
-
Ərdəbildə epidemiya təhlükəsi
Əyalətdə Krım-Konqo qızdırması yayılıb
-
Ərdəbil Bəzz qalasına yürüşə hazırlaşır
Babək Xürrəminin anım günü ilə bağlı afışalar yayılıb
-
“Azadlıq, Ədalət, Milli Hökumət”
Ərdəbildə siyasi məhbuslara dəstək aksiyası
-
Ərdəbilin kürdləşdirilməsi davam edir
Sənəndəc, Mərivan və Bukan şəhərlərindən olan əşirətlər bölgəyə daşınır
-
Bir nəfər ölüb, başqa biri komaya düşüb
Güney Azərbaycanda xeyli insan spirtli içkidən zəhərlənib
-
Ərdəbildə məhbus fəallara dəstək
Şəhər küçələrində 13 aktivistin fotosu olan baner asılıb
17 iyul 1487-ci ildə Ərdəbildə Şeyx Heydərin ocağında ikinci övlad dünyaya gəlir. Əbül-Müzəffər İsmayıl ibn Heydər əs-Səfəvi adlanan bu körpə sonradan Şərqin ən gənc, güclü və sevilən hökmranı olan Şah İsmayıl olacaq idi.
Uşaq yaşlarından ailəsini itirən Şah İsmayıl Səfəviyyə ordenin varisi olaraq bütün hamının göz bəbəyi idi. Hər kəs onu qorumaq, üçün canından belə keçməyə hazır idi.
Venessiya hökmdarı K.Laskarini Şah İsmayıl haqqında yazır: “...Doğrudanmı Sofi Şahı (Səfəvi) peyğəmbərdir? Doğrudanmı o, möcüzələr yaradan nadir şəxsiyyətdir? O, həqiqətən fövqəltəbii zəka sahibidir? Mənə bildirdilər ki, o, və onun nəslindən olanların hamısı müqəddəs bir nəslin övladlarıdır və həmişə müqəddəs hesab olunmuşlar”.
Karl Marks yazırdı:”...Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyaləti fəth etmişdi”. Şah İsmayıl Xətai bütün döyüşlərdə də şəxsən özü iştirak etdiyinə görə bütün bədənində qılınc yaraları var idi.
Tarixçi Həsən Rumlu isə yazırdı: “... Şah İsmayıl müharibə meydanında şir kimi vuruşardı. Ziyafət məclisində isə ağzından dürr yağdırardı”.
Alman səyyahı E.Kempfer yazır: “ Şah İsmayıl dövlətinin ideologiyası xalqın və millətin saf və güclü təbəqəsinin ideologiyası idi”.
M.Ə.Rəsulzadə yazır: “...Şah İsmayılın sarayı Azəri-türk ədəbiyyatının yaradıcı ocağı və bir akademiyası idi...”.
Övliya Çələbi yazır: “Şah İsmayıl həm də məğrur, azad fikirli, öz qüdrətinə inanan bir sərkərdə, həqiqət yolundan zərrə qədər kənara çıxmayan nəcib insan idi”.
Nazim Hikmət yazır: “O, uşaq yaşlarından sərkərdəlik etməsinə baxmayaraq, dərin düşüncə qabiliyyətinə, sərkərdəlik bacarığına malik idi. Tərəfdarlarına qarşı həmişə sədaqətli olmuşdu və dönüklüyə nifrət edirdi. Bu xüsusiyyətinə görə də tərəfdarları ona dərin hörmət bəsləyir və inanırdılar”.
Bu gün bir çoxları bilməsə də Azərbaycanın üç rəngli bayrağının ideoloji mənbəyi Şah İsmayılın dövlətçilik prinsiplərinə söykənir. Bu, sadəcə bir bayraq deyil. Bu, Azərbaycanın inkişafının düsturudur. Məhz o, tarixdə ilk dəfə Azərbaycan dövlətini bu istiqamətlərdə inkişaf etdirib: ana dilimizi rəsmiləşdirərək – türkcülüyü; yeniliklər edərək – müasirçiliyi; şəriətin əsasında qanunlar yaradaraq – dindarlığı.
Şah İsmayıl təkcə hökmdar deyildi, həm də şəxsiyyətli və ədalətli insan idi. Düşmən də olsa Osmanlıları avropalıların əlinə belə vermək istəmirdi. Hətta Alman və Macarıstan elçiləri onun yanına gəlib Osmanlılara hücum etmək planları barədə danışanda “siz öz aranızda söz ola bilmirsiz, o boyda Osmanlılara nə edə bilərsiz” cavabını vermişdi...
Sultan Səlim öləndə onu döyüş meydanında məğlub etməsinə baxmayaraq , əsl HÖKMDARLARA layiq addım ataraq Səlimin oğlu Sultan Süleymana başsağlığı məktubu göndərmişdir. Məktubda Şahımız yazırdı: “...cənnətin ən ali pilləsində məkan qurmuş ali cənab xaqanın dünyadan köçməsi qəm-qüssəyə batanların düşüncələrində iz buraxdı. Qiyamət gününə qədər əbədi dualar sizinlə olsun”.
Bizim Şahın böyüklüyü də bax bu idi. Öz millətindən olanlara sevgisi və düşmənçiliyi də KİŞİ kimi aparmaq...
Həzrəti Peyğəmbər Hərra mağarasında “Hu!” deyərək, özündən gedən aşiq olduğu kimi, Şah İsmayıl uğrunda bütün qızılbaşlıq sevgisini daşıyan hər kəs də “Ya Hü Şahım” deyir...
Ad günün mübarək, Şahım!