
Sözə sığmayan kəlmələr
Təkcə torpaq deyil yaddaş, xatirələr, uşaq gülüşləri, şəhid səslərin işğal olunmuşdu
Təkcə torpaq deyil yaddaş, xatirələr, uşaq gülüşləri, şəhid səslərin işğal olunmuşdu
Əgər bir soyun əksəriyyəti qəddar, vəhşi, faşistdirsə, ...
... Yaxud əlləri havada qalan Ağdam sakini
Almaniyalı rəssam İnqa Şmidtin master-klassı çərçivəsində hazırlanan əsərlərin sərgisi
Məğlub olmuş ölkənin başçısı Qalib baş komandandan mədət diləyir
Aprel döyüşlərindən şanlı Zəfərə!
Bir kitabdan daha artığı
Yanlış adlar və ifadələr nəyə gətirib çıxarır?!
Düşmən gülləsindən yayınıb qardaş gülləsi ilə həlak olan qəhrəman
Nə yaxşı ki, suverenlik məsələsini vaxtında və tam həll etdik
Xalqla ordunun vəhdəti yoxdursa, qalib gəlmək mümkün deyil
Yaxud Natəvan şahmatda Dümanı necə mat etmişdi?
Qərib eldə qaçqınlığın bitməsinin sevinci
Professor Abbas Seyidov: “İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq ekspertlərin iştirakı ilə daha geniş arxeoloji tədqiqatlar aparılacaq”
... Yaxud Kremlin yalanı, Vardanyanın “planı”
Bakının cavabı necə olacaq?
Hamı dünəndən yazır ki, bu gün işğaldan azad edilmiş ərazilərimizə böyük qayıdış başlayır. Kimi bunu bir az pafoslu, kimi poetik, kimi də sadəcə öz yazı üslubunda ifadə edir. Hamı haqlıdır. İnsanların sevinclərini ifadə etmək haqları vardır.
Bəli, bu geri dönüş Zəngilandan – Ağalı kəndindən başlayır. İctimaiyyət adətən son məhsulu görür: kənd qurulub və insanlar qayıdır. Amma bu kəndin “Ağıllı” konsepsiyasına uyğun qurulması, yaradılması, ora köçəcək insanların müəyyən edilməsi, onların orda həyat və iqtisadi fəaliyyətinin qurulması üçün bir ildən artıqdır ki, ciddi işlər gedir. Bilirik ki, insanların bir ərazidə yaşaması üçün orada məşğulluğunun, biznes fəaliyyətinin təmin olunması ən vacib faktorlardandır. Məhz bu konteksdən bu işlərin uğurla icrasında KOBİA (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) ailəsinin böyük əməyi vardı. Və bu əmək KOBİA ailəsinin hər bir üzvü tərəfində böyük sevgilə sərf edilib. Ona görə də bu gün mən və eləcə də KOBİA ailəsinin hər bir üzvü çox sevincliyik.
O ki, qaldı, “19 iyul 2022-ci il” tarixinə, bu tarixin Azərbaycanın tarix kitablarında əbədi yer alacağına heç şübhə etmirəm.