

Agentliyin yenilənmiş veb-saytının təqdimatı olub
Məlumatların bu qədər çox yayılması passiv duyğunu aktivləşdirir
İntiharın üsulu və detallarını açıqlamaq, başlığa çıxarmaq arzuolunan deyil
“Donosvari” şikayətlər əsasında yazılan “ekspertiza işi”
Özbaşınalıqların acığını evsiz jurnalistlərdən çıxmaq lazım deyil
Doğulduğu yerə, keçmişinə ...
Dünya slnaqdan keçirilən praktika Azərbaycanda niyə tətbiq olunmur?
Zəruri prosessual tədbirlərdən sonra hadisəyə hüquqi qiymət veriləcək
Əhməd İsmayılov Aytən Məmmədova ilə bağlı məsələyə münasibət bildirib
MEDİA-dan jurnalistin hədələnməsinə reaksiya
Millət vəkili Medianın İnkişafı Agentliyinə müraciət etdi
Məhkəmə apelyasiya şikayətlərini təmin etmədi
“Jurnalistlərə sosialyönlü imtiyazlardan, güzəştli ipotekadan yararlanmaq imkanı veriləcək...”
“Media qanunu”: hədəflərimiz nədir və nəyə nail olmaq istəyirik?
İlham Əliyev Medianın İnkişafı Agentliyinə yeni hüquqlar verdi
Bir qrup media mənsubu jurnalistlər üçün tikilmiş üçüncü bina ilə bağlı yaranmış vəziyyəti ilə bağlı bir araya gəlib. Toplaşanlar 2020-ci ildən hazır olan binanın mənzillərinin indiyədək jurnalistlərə verilməməsinin səbəblərini müzakirə edib.
Son zamanlar adıçəkilən binanın Əmək və Sosial Müdafiə Nazirliyinin (ƏSMN) balansına verilməsi ilə bağlı informasiyalar yayılır. Bu səbəbdən ayrı-ayrı media qurumları nazirliyə sorğu göndərib. Nazirlik müraciətlərə cavabında məlumatların həqiqəti əks etdirmədiyini bildirib. Toplantıda həmçinin razılaşdırılıb ki, müxtəlif media orqanları bu məsələ ilə bağlı sorğuları ƏSMN-ə intensivləşdirsin. Bununla yanaşı, üçüncü binanın gələcək taleyini aydınlaşdırmaq üçün Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovla görüşmək barədə razılığa gəldik.
Jurnalistlər üçün inşa edilən üçüncü bina Azərbaycan Prezidenti İlham Əliyevin 19 iyul 2017-ci il tarixli sərəncamı ilə tikilib. Artıq iki ildir yaşayış üçün tam hazır olan bina ətrafında dolaşan müəmma hələ də davam edir. Media nümayəndələri məsələni aydınlaşdırmaq üçün digər rəsmi qurumlar və vəzifəli şəxslərlə görüşlər keçirmək barədə razılığa gəlib. Sonda görüləcək bütün işlər barədə müntəzəm şəkildə ətraflı məlumat veriləcəyi qeyd olunub.