
Fransada pensiyalara yeni zərbə
Hökumət CSG islahatını həyata keçirməyə hazırlaşır
Hökumət CSG islahatını həyata keçirməyə hazırlaşır
Xəbər saytında yazılan məqalə Fransanı qarışdırdı
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
Avropa ölkəsində son dörd ilin ən zəif artımı baş verir
“Yüksək tələbat səbəbilə marketlər günün ikinci yarısında boş qalır”
Fransada şirkətlər xüsusi detektiv tutur
“Sans-papiers” adlandırılan türk işçilər şirkət rəhbərliyini məhkəməyə verdi
Bu ticarətin Paris-Ankara münasibətlərinə təsiri olacaqmı?
Reklam afişasında yer alan bir təsvir Strasburqu qaışdırdı
11 il əvvəl terror təşkilatına qoşulan 3 qadın Suriyadan dönərkən həbs olunmuşdu
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Cinsi istismar və təcavüz
Fransada müəllimlər tətilə gedir!
Ölkənin ən təhlükəli bölgələr açıqlanıb
Sosial mediada yayılan istefa iddiaları Kremldən idarə olunurmuş
Marketlərdə satılan bakteriyalı ağartıdan 2 nəfər öldü
Fransa sonuna qədər getməyi bacaran ölkə deyil. Ehtimal ki, Makron və Fransa hökumət səviyyəsində sonda senatın qətnaməsindəki bu bəndlər əsas götürülməyəcək. Onlar bununla sadəcə həm daxili publikada reytinq qazanmaq, həm də Azərbaycana qarşı təsir mexanizmi kimi bir qətnaməni arxivlərində saxlamaq istəyəcəklər.
Amma Azərbaycanın Fransaya qarşı ciddi mövqe ortaya qoyması mütləqdir. İlk növbədə düşünürəm ki, birmənalı olaraq Fransa vasitəçiliyindən imtina etmək və Fransadakı səfirimizi bir müddətlik geri çağırmaq lazımdır. Daha sonra isə iqtisadi əlaqələr formatına da əl gəzdirilməlidir. Azərbaycanda olan Fransa şirkətləri tərəfimizdən ciddi təsir hiss etməli, eyni zamanda Fransa məhsullarına məhdudiyyətlər nəzərdən keçirilməlidir.
Bunun Azərbaycanda ciddi mənfi təsiri olmayacaq. 35,6 milyard dollarlıq ticari dövriyyəmizin cəmi 245 milyon dolları Fransa ilə həyata keçirilir ki, ümumi dövriyyənin 0,6 faizi deməkdir.
Göründüyü kimi böyük çəkisi yoxdur. Amma Azərbaycanın bu addımı ilə Fransa hökumətinə bura ilə bağlı olan Fransa şirkətlərinin və bura mal ixracatçılarının mənfi “feedback”i yönəldəcək.