vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 16 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
MUSİQİ  
08:38 | 16 noyabr 2022 | Çərşənbə Məqaləyə 936 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakıda caz havası...

“Bakı Caz Festivalı – 2022” altı gün davam edəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşan ənənəvi Bakı Caz Festivalı bu il noyabr ayında keçilir. Noyabrın 15-dən 20-dək davam edəcək “Bakı Caz Festivalı – 2022” zəngin proqramı ilə tanınmış ifaçıları, dünya caz ulduzlarını sənətsevərlərlə görüşdürəcək.

Bu, ilk növbədə, “Grammy” mükafatı laureatı, isveçrəli ifaçı Qreqori Maretdir. Noyabrın 15-də, festivalın konsertində Qreqori Maret Azərbaycan musiqiçiləri ilə birgə çıxış edib. Layihədə Azərbaycanı gənc pianoçu Elbəy Məmmədzadə təmsil edib.

Qeyd edək ki, “Paşa Holdinq”in baş sponsorluğu ilə keçirilən “Bakı Caz Festivalı – 2022”nin açılış konserti ADA Universitetində olub.

Noyabrın 16-da “Hypnoze Club”da braziliyalı musiqiçi Eloiza Lourenso çıxış edəcək. Festival günləri hollandiyalı virtuoz pianoçu Mayk Del Ferronun, İsraildən Yogef Şetrit qrupunun, alman eksperimental caz vokalçısı Mixael Şifelinin qrupunun konsertləri ilə davam edəcək.

17-20 noyabrda konsertlər Beynəlxalq Muğam Mərkəzində gerçəkləşəcək.

“Bakı Caz Festivalı – 2022”nin proqramına əfsanəvi Kenni Uilerin yeni “Sweet Time Suite” tamaşasının solisti seçilmiş gitaraçı Federiko Kasaqrande və truba ifaçısı Fulvio Siqurtanın italyan dueti (“Madrid Restobar”) yekun vuracaq.

Festival çərçivəsində noyabrın 17-də gənc caz ifaçıları üçün illik “I am Jazzman” müsabiqəsinin ikinci turu, noyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində müsabiqənin qaliblərinin mükafatlandırılması və “Ekalogic”in yekun konserti keçiriləcək.

Bakı Caz Festivalı ənənəvi olaraq öz pərəstişkarlarına geniş proqram təqdim edir, konsertlərdən əlavə, incəsənət sərgiləri və caz mövzulu kino günləri təşkil olunur. Noyabrın 17-də “QGallery”də “Dancing Jazz” sərgisinin açılışı nəzərdə tutulub.

Həmin gün “YARAT” Müasir İncəsənət Mərkəzində caz əfsanəsi Maylz Devis haqqında filmin təqdimatı da olacaq.