İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
21:05 | 20 noyabr 2022 | Bazar
Məqaləyə 1053 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Almaniya BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Növbəti 5 ildə temperatur rekordları qırıla bilər
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
İran İslam Respublikasının Ali Rəhbərinin hərbi müşaviri Qafqazdakı hadisələr, İran və Azərbaycan əlaqələri ilə bağlı fikirlər səsləndirib. Deyib ki:
“ – son həftələrdə bəziləri məlumatsızlıqdan, bəziləri isə qərəzli şəkildə İranın Azərbaycan Respublikası ilə döyüşmək istədiyi barədə şayiələr yayırlar.
– bu, İrana qarşı namərdcəsinə atılan böhtandır. İranın istər Qafqazda, istərsə də başqa yerdə heç bir ölkəyə, o cümlədən də qonşularına hücum etmək fikri yoxdur , xüsusən də eyni irqdən, dildən, dindən, adət-ənənədən, tarixdən olan insanlar yəni Azərbaycan Respublikası xalqı gözümüzün işığıdır.
– İran İslam Respublikası bu gün də region xalqlarının xoşbəxtliyindən başqa bir şey istəmir və regionda heç bir ölkənin ərazisində gözü yoxdur.
– Azərbaycan əgər hər hansı ölkənin hücumuna məruz qalarsa, İranı dəstək üçün öz yanında görəcəkdir.
– Arazın şimalındakı azərbaycanlılarla aramızda hər hansı səbəbdən ayrılıq olsa da, biz sərhədləri aradan qaldırıb, hər hansı yeri tutmağa çalışmırıq.
– Azərbaycan xalqı öz ölkəsini idarə edir və bu cür yersiz sözlər və ittihamlar əsassızdır və onlar, yəni İran və Azərbaycanın düşmənləri bilsinlər ki, bununla bağlı səyləri nəticəsiz qalacaq”.
Xeyli “xub”, xeyli “ziba”!
Maraqlıdır ki, 30 il torpaqlarımızı işğalı vaxtı bizim deyil, düşmənlərimizin yanında idi İran .
Son iki ildir də, bizi hədələmək, Zəngəzur dəhlizinə qarşı fikir bildirmək üçün istər rəsmiləri, istər siyasiləri, istər də hərbiçiləri sıraya düzülüblər.
Regionda dost da bəllidir, düşmən də bəllidir, mücərrəd də heç kim yoxdur.
Sadəcə İran, BMT və Magatenin bir gün fərqlə İran əleyhinə ciddi qətnamələr qəbul etməsi , uranın zənginləşdirilməsi ilə bağlı öhdəliklərini pozmasına cavab olaraq atılacaq ciddi addımların təhlükəsinin fərqindədir.
Odur ki , öz axmaqlıqları üzərindən Azərbaycanla yaratdıqları “buzlaqları” əritməklə , bir cəbhəni “sakitləşdirmək” məqsədi güdürlər.
Məsələn, əgər səmimidirlərsə, İran xüsusi xidmət orqanlarının antiazərbaycan təbliğat və təxribat şəbəkəsini elə özləri də likvidasiya etsinlər.
Onların siyahısını Azərbaycana versinlər …
Onu da qeyd edim ki, bu fikirləri səsləndirən şəxsin özü İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimə rəhbərlik edənlərdən biri idi. (Vaxt.az)