vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
KİNO-TEATR  
08:10 | 30 noyabr 2022 | Çərşənbə Məqaləyə 839 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Portuqaliyada “Akın” var

Qazax rejissorun filmi hamını geridə qoydu

Gülcahan MİRMƏMMƏD

Qazax rejissor Dərejan Əmirbayevin “Akın” (“Aşıq”) filmi bu günlərdə Portuqaliyada başa çatmış “Lisbon & Sintra Film Festival – 2022 (LEFFEST)” kino festivalında əsas mükafata layiq görülüb.

Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyinin sifarişi ilə lentə alınmış filmdə texnoloji inkişaf əsrində maraqsız və gərəksiz olmaqdan qorxan aşığın taleyindən bəhs edilir. Filmin ssenarisi alman ədibi German Hessenin “Müəllif gecəsi” hekayəsinin motivləri əsasında yazılıb, çəkilişlər isə Almatıda, Almatı vilayətində və Atırauda aparılıb. Baş rolda tanınmış müğənni-ifaçı Ərdos Kanayev çəkilib.  

Xatırladaq ki, filmin dünya premyerası 2021-ci ildə Tokio kinofestivalında baş tutub. Həmin müsabiqədə “Akın” ən yaxşı rejissor işinə görə mükafatlandırılıb. Bu ilin əvvəlində “Akın” 72-ci “Berlinale”də müsabiqədənkənar proqramında göstərilmiş, Braziliyada keçirilən “Olhar de Cinema” festivalında “Ən yaxşı film” seçilmişdi.