Əylisli yenə aləmi qarışdırdı
«Ağsaqqal yazıçının bu cür danışmağı ayıbdır»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Əylislini, İsmayılovanı, Qabrieli və Şultsu nə birləşdirir?
Ermənipərəst və türkofob Kermaninin bədnam kitabında nələr var?
-
İsa Hüseynovun uğursuzluğu
«Səhər sayıqlamaları» essesi
-
«Pul qazanmaq üsulu»
Mən necə varlandım?
-
«Elə bilirlər, yağ içində böyrək kimiyəm»
Xalq şairi Zəlimxan Yaqub: «Ağrı it əzabıdır, Allah heç kəsə qismət eləməsin!»
-
Muğannanın ailəsilə maraqlanan yoxdur
Mərhum yazıçının xanımı gözünün əməliyyatı üçün pul tapmır
-
«Kişilər bunu heç vaxt bağışlamazlar»
Əjdər Həmidov: «Qadına xəyanət günahdı»
-
O dünyadan «qayıdanlar»
Qəribə «ölümlər» və insanların yoxluğuna inanmadığı şəxslərlə bağlı ən qəribə yozumları...
-
Gedən cismi oldu...
Dilimizin əzbəri olan sitatların müəllifinin həyatı haqqında epiloq
-
«Onun işıqlı xatirəsi qəlbimizdə həmişə yaşayacaq»
İlham Əliyev İsa Hüseynovun ailəsinə başsağlığı verdi
-
«O, gəncliyimizin idealı idi»
«Mərkəzi Komitə əsərin nəşrinə icazə vermirdi ...»
-
«Nobel söhbətini bağlamışam»
«Əlavə şərhə ehtiyac varmı?»
-
Əylisli nə istəyir?
«Balayan, Kaputikyan, Aqanbekyanla onun arasında heç bir fərqin olmadığını desək...»
-
Əylisli «Nobel»ə namizəd oldu
Ermənilər yazıçıya şəhadətnamə göndərəcək
-
«O, üzr istəməlidir»
Siyavuş Novruzovdan Fazil Mustafaya ittiham
-
«Ölümü»ndən danışdı
«Yazıçı mənəvi cəhətdən təslim olmaqdansa, ölsə daha yaxşıdır»
-
Daldan atılan daş...
...və ya Əkrəm Əylisli «Daş yuxular»a görə «Human Rights Watch»a irad tutdu
Bu günlərdə görkəmli yazar İsa Hüseynov dünyasını dəyişdi. O, Azərbaycan ədəbiyyatında «Məhşər», «Tütək səsi», «Yanar ürək» kimi əsərlərin müəllifi kimi tanınmışdı.
Lakin bu böyük yazıçı özünə «Muğanna» təxəllüsünü götürəndən sonra tamam fərqli üslub, baxış və mövzulara yer verən bir yazarla üzləşdik. Beləcə, onun yaradıcılığı da «İsa Hüseynov» və «İsa Muğanna» dövrlərinə ayrıldı. Amma sual çıxdı: İsa Hüseynovu İsa Muğannaya çevirən səbəblər nə idi? Hansı əsl İsa idi? Oxucuların ürəyində hansı İsa daha dərin iz qoyub?
Virtualaz.org bildirir ki, «Azadlıq» radiosunun «Pen club» verilişi həmin sualları cavablandırmaq üçün «Azərbaycan» jurnalının baş redaktor müavini Əsəd Cahangiri, Nizami adına Ədəbiyyat İnstitutu direktorunun müavini Şəmil Sadiqı, yazarlardan Əziz Rzazadə və Əkrəm Əylislini studiyaya dəvət edib.
Yazıçı Əkrəm Əylisli İsa Muğanna (Hüseynov) və onun əsərləri barədə sərt fikirlər səsləndirib.
Modern.az-ın məlumatına görə, Ə.Əylislinin bu fikirlərinə Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini Şəmil Sadiq münasibət bildirib: «O verilişə telefonla bağlanmışdım. Təəssüflər olsun, sonra əlaqə itdi və verilişə qoşula bilmədim. Çünki verilişə telefonla qoşulan Əkrəm Əylisli İsa Muğannanın yaratdığı Muğanna ideologiyasını nağıl, ona dəyər verənləri isə milli faciə əlaməti kimi qiymətləndirdi. Üstəgəl özünü İsa Muğanna ilə dost, qardaş kimi qələmə verdi. Birinci, millət anlayışını dərk edə bilməyən, Azərbaycançılıq ruhunu erməni ruhuna dəyişən Əkrəm Əylislinin İsa Muğannaya qiymət verməyə, «onun Muğanna yaradıcılığını milləti parçalamağa və dini qarışıqlıq yaratmağa xidmət edir» deməyə haqqı çatmır. Milli düşüncəni daşımayan birisinin millətin taleyindən danışmağa heç kim icazə vermir və qəbul etmir. İkinci, bu gün İsa Muğannaya olan hörməti görüb özünü onun dostu kimi təqdim etməsi ədəbdən kənardır. Özü də yaxşı bilir ki, İsa Muğanna onu qəbul etmir, yaxın da buraxmırdı. Bu haqda dəfələrlə söhbətimiz olub. Ağsaqqal yazıçının bu cür danışmağı ayıbdır».