
Çörəyi tapdalamaq
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Mayın 9-da Həzi Aslanovun heykəlinə çələng qoymaq Moskvada olmaqdan daha əhəmiyyətlidir
... Yaxud yalan üzərində qurulanları çökdürən yalan
... Yaxud Qələbəyə 72 saat qalmış əbədiləşən ATA ƏSGƏR
Kosmik gəmi 53 ildən sonra Yerə enəcək
Böyük qələbənin 80 illiyini qeyd etməyə hazırlaşan millətin qara ləkəsi
Bir tonluq alov topu saatda 27360 km sürətlə yerə çırpılacaq
Bu acı tarixi heç vaxt unutmamalıyıq
Katın qətliamlarının 85-ci ildönümüdür
Kiminsə kölgəsinə sığınmaq birtərəfli asılılıq yaradır, milli kimlik itir
Polisi Heminquey oxuyan yeganə ölkə
SSRİ vaxtı Oleq Qordiyevski haqqında çıxarılan ölüm hökmü hələ də qüvvədədir
... Yaxud zamanı qabaqlayan yazıçı
Baş nazir, nazir və prezidentin 3 ildə ar-arda Moskvaya səfəri çevrilişlə bitdi
Ayaz Salayev: “Mən heç vaxt başqa millətdən bir qadınla evlənməzdim”
İnsan itkisini hesaba qatılmadığı döyüş – 400 mindən çox itki hesabına keçilən Dnepr
25 yanvar 1982-ci il, SSRİ tarixi üçün önəmi sonralar daha aydın anlaşılacaq bir hadisə baş verdi: ölkənin ikinci şəxsi sayılan Mixail Suslov 79 yaşında vəfat etdi.
Stalin dövründən Mərkəzi Komitədə təmsil olunan Suslov təzadlı adam idi. Bir yandan maddi cəhətdən kristal təmiz idi. Asketik həyat sürürdü. Köhnə plaşını o qədər geyinmişdi ki, bir dəfə Siyasi büronun iclasında Brejnev təklif edir ki, adama 10 rubldan atışaq, Mixail Andreyeviçə təzə plaş alaq. İradı anlayan Suslov bundan sonra özünə təzə plaş alır.
O, xarici səfərlər zamanı xərcləmək üçün ayrılan valyutanın hamısını xərcləməyib qayıdandan sonra Mərkəzi Komitənin müvafiq idarəsinə təhvil verən bəlkə də yeganə adam idi. Qəbul edə biləcəyi yeganə hədiyyə kitab idi.
Cavanlığında vərəm keçirdiyi üçün sağlamlığını xüsusi qoruyurdu. Otağında kondisioner işlətmirdi. Yağmurlu havalarda ayaqqabının üstündən qaloş geyinirdi.
Olduqca nəzakətli adam idi. Hətta ideoloji düşmən hesab etdiyi adamlarla belə mədəni danışır, “siz” deyə müraciət edir, nə onlara, nə tabeliyindəki işçilərə səsini qaldırmır, kobud söz işlətmirdi.
Eyni zamanda son dərəcə mühafizəkar və bütün yeniliklərin düşməni idi. 1960-70-ci illərdə formalaşan boğucu mühit bilavasitə Suslovun fəaliyyətinin nəticəsi idi. Ölkənin elm, mədəniyyət, incəsənət adamları Suslova nifrət edirdilər. Şair Korney Çukovski onu “böyük inkvizitor” adlandırırdı. XIX əsrin sonlarında – XX əsrin əvvəllərində özünün mürtəce baxışları ilə məşhur olan çarizm xadimi ilə analogiya əsasında ona “SSRİ-nin Pobedonostsevi” deyirdilər. Daha məşhur titulu isə “boz kardinal” idi.
1965-ci ildə Mixail Romm “Adi faşizm” adlı sənədli film çəkdi. Bu filmə tamaşa edən Suslov nasist Almaniyası və SSRİ arasında bir sıra oxşarlıqlar görüb rejissordan “niyə bizə bu qədər nifrət edirsiniz?” soruşur.
Xarici siyasətdə Çexoslovakiyaya və Əfqanıstana qoşun yeritmək, daxildə dissidentlərin cəzalandırılması, cəza psixiatriyası kimi bütün mürtəce addımların əsas dəstəkçilərindən biri Suslov idi.
Suslovun həyatı kimi ölümü də sovet tarixində önəmli rol oynadı. Çünki onun yerinə gələn şəxsin Brejnevdən sonra Baş katib olmaq şansı böyük idi. Brejnev çox götür-qoydan sonra may ayında həmin vəzifəyə KQB sədri Yuri Andropovu təyin etdi. Bu da SSRİ-də gedən proseslərdə önəmli rol oynadı.
Cəmi altı ay sonra Brejnev öldü və ölümcül xəstə olan Andropov Baş katib seçildi. 15 ay sonra Andropov öldü, daha bir ölümcl xəstə Çernenko ölkə rəhbəri oldu. 13 aydan sonra onu da dəfn edib yerinə Andropovun sevimlisi Qorbaçovu seçdilər. Sonrası məlumdur.