Hörmüzü təhdid edən baza vuruldu
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
11:07 | 8 fevral 2025 | Şənbə
Məqaləyə 438 dəfə baxılıb
Şriftin ölçüsü
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
Onillər boyu iyerarxik pillələri addım-addım qalxmış yüksək rütbəli hərbçiləri və siyasətçiləri əvəzləmək çətindir
Bakı-Ankara-Tehran uzlaşması ABŞ-ın regiona baxışını dəyişər
Siyasi etikadan uzaq insan 86 milyonu təmsil edə bilərmi?
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
“Blokadanızı donanmamızla yararıq”
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
Pezeşkian xəbərdarlıq etdi
“İran raketlər üçün nüvə başlığı axtarışındadır”
Rejimin ən çox qorunan şəxslərdən birinin qətli SEPAH-ın rüsvayçı uğursuzluğu idi
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Rusiya və Qərbin “QRU” agenti uğrunda amansız savaşı – ŞOK DETALLAR
“Bir çox özünəqəsd hadisələri mətbuatda paylaşılmır”
Son bir ayda 20 illik rekord
İstənilən keçmiş koloniyanın metropoliyadan tam ayrılıb həqiqətən də müstəqil dövlətə çevrilməsi obyektiv olaraq uzun çəkən və ağrılı bir prosesdir.
Məşhur “Zorən diplomat” əsərini yada salaq – Albaniyada Türkiyənin səfiri təyin edilmiş müəllif, yazıçı və diplomat Yakup Kadri Karaosmanoğlu xanımı ilə avtomobilində Tiranaya gedərkən yolda mühərrik xarab olur, o da məcbur dayanıb maşını təmir etməyə çalışır. Birdən ətrafdakı zəmidən çıxan bir ahıl insan maşının üstünə taxılmış hilallı al türk bayrağını görcək “Sultan gəldi!” deyib avtomobilin qarşısında diz çöküb bayrağı öpür, səfirə də şikayətini, narazılığını çatdırır, deyir “biz bilirdik ki, sultan bizim dadımıza çatacaq”. Müəllifin qələmə aldığı bu hadisə təxmini 1930-cu illərin ortalarında baş vermişdi, halbuki Albaniya hələ 1912-ci ildə müstəqil olmuşdu.
Bizdə də bu proses olduqca ağrılı və uzun sürdü, keçmiş koloniyadan həqiqətən müstəqil dövlətə çevrilməyimizin dəqiq təsdiqi artıq 5 il öncə, 2020-ci ildə son olaraq baş verdi.
Hazırkı olaylar da o zamandan intensiv xarakter almış proseslərin yan təsirləridir. Azərbaycan bu dövrdə nəinki keçmiş metropoliya, Moskva, habelə bizə təzyiq göstərməyə cəhd edən digər güc mərkəzləri – Paris, Brüssel, Tehran, yaxud Vaşinqtonun (Biden administrasiyası dövründə) diktəsindən əsla asılı olmayacağını aydın və qətin şəkildə nümayiş etdirirdi ki, bu da çətin kimsənin xoşuna gələydi.