vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
SƏNƏTÇİ  
15:21 | 9 iyun 2014 | Bazar ertəsi Məqaləyə 3020 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nazirlikdən Rəşidə Behbudovaya cavab

«Rəşid Behbudovun anım günü bu il dövlət səviyyəsində qeyd edilməyəcək»

MÖVZU İLƏ ƏLAQƏLİ

Dahi sənətkar Rəşid Behbudovun qızı Rəşidə xanımın onlara diqqətin olmadığından şikayətləri cavabsız qalmayıb.


ANS PRESS-in məlumatına görə, mərhum atasının 25 illiyinə həsr olunmuş tədbirlərin keçirilməməyindən pis olduğunu və bundan sonra susmayacağını deyən R. Behbudovaya Mədəniyyət və Turizm Nazirliyinin mətbut xidmətinin rəhbəri Zöhrə Əliyeva cavab verib.

O, Rəşid Behbudov unudulacaq insan, sənətkar olmadığını deyib. «O hər kəsin qəlbində yaşayır. Hər il olduğu kimi bu ildə sənətkarın qəbri ziyarət ediləcək. Bu il Azərbaycanın dahi sənətkarı Rəşid Behbudovun anım günü dövlət səviyyəsində qeyd edilməyəcək. Amma bu, Rəşid Behbudovun yaddan çıxması anlamına gəlmir. Sadəcə olaraq əlamətdar tarixlər var ki, onlar təntənə ilə qeyd edilir».

Zöhrə Əliyeva bildirib ki, hər il Rəşid Behbudovun doğum tarixini onun adını daşıyan Mahnı Teatrının kollektivi və mədəniyyət xadimləri qeyd edir, dahi sənətkarın məzarını ziyarət edirlər. Hətta nazir Əbülfəs Qarayev də bu tədbirlərə qatılır.

Bundan əlavə olaraq Z.Əliyeva vurğulayıb ki, gələn il Rəşid Behbudovun 100 illiyi təntənəli şəkildə qeyd ediləcək, nazirlik bu mərasimə xüsusi olaraq hazırlaşır.