vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
SƏNƏTÇİ  
20:07 | 15 iyun 2014 | Bazar Məqaləyə 2596 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Analizin cavabını gözləyirəm»

«Bu ağrıları sözlə izah edə bilmərəm, dözülməzdir»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir neçə gün əvvəl Milli Onkologiya xəstəxanasına yerləşdirilən Musiqili Teatrın aktrisası Xanım Qafarova analizin cavabını gözləyir. Lent.az-a açıqlama verən əməkdar artist bildirib ki, müayinəsinin cavabı yaxşı çıxsa, böyük ehtimalla iyunun 17-i kimya terapiya olunacaq: «Hazrda özümü normal hiss edirəm. Arada ağrılarım başlayır. Bu ağrıları sözlə izah edə bilmərəm, dözülməzdir. Allah bunu heç kimə göstərməsin».


Aktrisa deyib ki, müalicəni davam etdirməkdən başqa yolu yoxdur: «Müalicəm davam edir. Həkimlər sistem köçürüblər. Qan da köçüblər, qalıb əsas kimyaterapiya olunmağım. Artıq bunla neçənci dəfədir ki, kimyaterapiya olunuram. Allah özü kömək olsun... Mənə görə narahat olan insanlar var. Telefonuma çox zənglər gəlir. Adi insanlar zəng edib, mənə dua edirlər. Hər birinə çox sağol deyirəm».

Qeyd edək ki, X.Qafarova süd vəzisinin xərçəngindən 2009, 2011 və 2013-cü illərdə əməliyyat keçirib. Aktrisa bildirib ki, həmin əməliyyatlardan sonra süd vəzilərindən və qadınlığından məhrum olub.