vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
ŞOU BİZNES  
09:59 | 24 avqust 2014 | Bazar Məqaləyə 3932 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qardaşı «Polad Ələmdar»ı qovdu

«Qurdlar vadisi»ndə qalmaqal

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyənin fenomen teleserialı olan «Qurdlar vadisi»ndə böyük qalmaqal yaşanır.

Teleserialın baş qəhrəmanı Polad Ələmdar rolunu oynayan Nəcati Şaşmaz ilə onun qardaşı, «Pana Film» studiyasının şəriki Raci Şaşmaz arasında keçən il başlamış qovğa daha da şiddətlənib. Milli.az AHT-yə istinadən bildirir ki, teleserialın ssenari müəllifləri Bahadır Özdənər və Cüneyt Aysan «Qurdlar vadisi»ni tərk ediblər.

Necati Şaşmaz da qardaşını son illərdə teleserialla əsla maraqlanmamaqda suçlayaraq «Qurdlar vadisi»ni təkbaşına çəkməyə qərar verib. «Pana Film» studiyası ilə bütün əlaqələri kəsən Raci Şaşmaz buna cavab olaraq İstanbulun mərkəzində, Nişandaşında olan 7 mərtəbəli binasından qardaşı Nəcati Şaşmazı qovub.

Uzun müddət ofis arayan Nəcati Şaşmaz «Pana Film» üçün İstanbulun Üsküdar səmtində bina kirayələyib. Raci Şaşmaz isə Nişandaşındakı binanı icarəyə verir. Bu binada sağlamlıq mərkəzinin olacağı deyilir. «Qurdlar vadisi»ndə 11 il bərabər çalışan qardaşlar indi sanki düşməndirlər. Onlar nənələrinin dəfnində bir araya gəlsələr də, bir-birləri ilə kəlmə kəsməmişdilər.