

Yaxud Lorkanın, Nazım Hikmətin, Mayakovskinin, Əli Kərimin gorunu çatladanlar
İndi hər kəsin öz Ramiz Rövşəni var
Ramiz Rövşənin 70 illiyinə dost ismarışı
Ramiz Rövşən: «Mən o sözü deyirəm ki, onu başqa heç kim ya deyə bilmir, ya da…»
Ramiz Rövşən: «Allah bizi başdan qocalmağa qoymasın, başqa hər şey düzələr»
«O bir məhək daşıdır»
Müşfiq Hətəmov, Ramiz Rövşən, Aydın Dadaşov, Ayaz Salayev bir yerə toplaşdılar
Xalq şairi Zəlimxan Yaqub: «Ağrı it əzabıdır, Allah heç kəsə qismət eləməsin!»
Rəşad Məcid: «O hesab edir ki, layiq olduğu titulları əldə etməyib»
«Bu, mənim qismətim olub»
«Yafəs Türksəsin bu gün verdiyi müsahibədə mənim adımdan səsləndirdiyi fikirlər ağ yalandır. Mən o qədər qeyri-ciddi adam deyiləm ki, bu cür sözlər deyim».
Bunu açıqlamasında yazıçı Kənan Hacı bildirib.
Kənan Hacı deyib ki, mən Ramiz Rövşəni Azərbaycanın ən böyük şairlərindən, ziyalılarından biri sayıram: «Onun dürüstlüyü, təmizliyi, halallığı ondan sonra gələn bütün ədəbi nəsillər, o cümlədən bizim nəsil üçün bir nümunədir. Ölkəmizin, xalqımızın ən böyük ziyalılarından birinə bu cür çirkin böhtan atmağı mən heç vaxt özümə yaraşdırmaram. Mən o əxlaqın, tərbiyənin yiyəsi deyiləm».
Xatırladaq ki, şair Yafəs Türksəs saytlardan birinə verdiyi müsahibədə Kənan Hacının adından bunları bildirib: «O gün Kənan Hacı mənə deyir ki, adını çəkmək istəmədiyim məmurlardan biri Ramiz Rövşənə beş min pul verdi».