vaxtlı-vaxtında oxuyun! Şənbə, 5 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
MUSİQİ  
15:26 | 29 yanvar 2017 | Bazar Məqaləyə 2931 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Efir qadağası

Tanınmış bəstəkarı kamera qarşısına kim buraxmır?

MÖVZU İLƏ ƏLAQƏLİ

«Həkimlər səhhətimlə əlaqədar televiziya verilişlərində iştirakıma qadağa qoyub». Bunu azvision.az-a əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Tahir Əkbər deyib. Bu yaxınlarda səhhəti pisləşən bəstəkar hazırda özünü yaxşı hiss etdiyini bildirib.

«Hazırda vəziyyətim yaxşıdır. Müalicələrimi davam etdirirəm. Bildiyiniz kimi, il yarım əvvəl ağır beyin əməliyyatı keçirmişəm. Beynimi çox yormaq olmaz. Amma həkimlərin tapşırıqlarına əməl etmədim. Normadan artıq işlədim. Elə musiqi əsərləri oldu ki, onları təxirə sala bilmədim. Yaradıcılıq çətin prosesdir. Həkim mənə dedi ki, bu qədər işləmək olmaz, artıq dincəlməlisən. Nədənsə, həkimin sözünə qulaq asmadım. Nəticədə səhhətimdə problem yarandı. Gördüm ki, artıq dilim söz tutmur. Şükürlər olsun ki, indi yaxşıyam. Ciddi problem yoxdur. Bir az dincəlməyə ehtiyacım var», - T.Əkbər deyib.

Bəstəkar müalicəsi bitdikdən sonra yenidən yaradıcılıqla məşğul olacağını söyləyib: «Bu yaxınlarda mənə yaxşı iş təklifi ediblər. Səbirsizliklə gözləyirəm ki, yenidən işə başlayım. Ancaq həkimlər televiziyalara çıxmağıma qadağa qoyublar. Dedilər ki, lazım deyil, həyəcanlana bilərsən».