vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
SƏNƏTÇİ  
23:59 | 12 mart 2017 | Bazar Məqaləyə 3596 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Uğurlar arzulayıram»

Leyla Əliyeva xalq artistini təbrik etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva xalq artisti Məbud Məhərrəmovu ad günü münasibətilə təbrik edib. Bu barədə Leyla Əliyeva İnstaqram hesabında yazıb.

«Azərbaycanın xalq artisti, sevimli, istedadlı aktyorumuz Məbud Məhərrəmov, ad gününüz mübarək olsun! Sizə həyatda və yaradıcılığınızda uğurlar arzulayıram», - deyə L.Əliyeva bildirib.

Qeyd edək ki, Məbud Məhərrəmov 1957-ci il martın 12-də anadan olub. O, 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsini bitirib. Həmin ildən etibarən Səməd Vurğun adına Rus Dram Teatrında aktyor vəzifəsində işləyir. Bu illər ərzində teatrın səhnəsində 50-dən çox rol oynayıb, bir çox filmlərdə çəkilib.

M.Məhərrəmov 2000-ci ildə Əməkdar artist, 2006-cı ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

2006, 2012, 2014 və 2015-ci illərdə Prezident Mükafatına, 2016-cı il mayın 6-da isə Prezidentin Fərdi Təqaüdünə layiq görülüb.(«Qafqazinfo»)