İsrail türk gəmisini həbs etdi
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
21:32 | 24 may 2017 | Çərşənbə
Məqaləyə 1601 dəfə baxılıb
Şriftin ölçüsü
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Türkiyədə aviabiletlərin qiyməti yenidən qalxır
Sabiq CHP sədri Türkiyə Prezidentini təhqir etməkdə günahlandırılır
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Türkiyə Mərkəzi Bankının 3 illik itkisi ÜDM-nin 6,3 faizinə çatıb
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Hörmüz boğazı – dünya iqtisadiyyatının “qida borusu”
İranın ədası miqyası olmayan fəlakətə gətirib çıxardı
Batumidə başa çatan üçtərəfli görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında daha geniş miqyaslı təlimlərin keçirilməsi barədə razılıq əldə olunub.
İyunun 4-ə «Qafqaz qartalı» («Caucasus Eagle») hərbi manevrləri, sentyabr ayına isə qərargah təlimləri təyin olunub.
Mayın 23-də Azərbaycan müdafiə naziri Zakir Həsənov, Gürcüstan müdafiə naziri Levan İzoria və Türkiyə milli müdafiə naziri Fikri İşık arasında üçtərəfli formatda keçirilən görüş sayca 5-ci tədbir olub.
Hərbi təhlilçi Üzeyir Cəfərov deyir ki, əməkdaşlıq tədricən genişlənir.
«Artıq ötən il ilk dəfə olaraq Türkiyə pilotlarının iştirakı ilə gecə uçuşları üzrə praktiki tapşırıqlar yerinə yetirilib», - hərbi ekspert BBC Azərbaycancaya şərhində bildirib.
Onun sözlərinə görə əsas məqam budur ki, Gürcüstan və Azərbaycan NATO üzvü olan Türkiyədən müvafiq hərbi təcrübəni qazanır.
Gürcüstandakı toplantıda Baş Qərargah rəislərinin görüşəcəyi də bildirilib. Bu, onların üçtərəfli formatda keçiriləcək ilk görüşü olmalıdır.
Batumidə keçirilən üçtərəfli görüşün iştirakçıları regional təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcəyini bildirirlər.
Lakin bu fikirlə Ermənistanda razı deyillər.
«Türkiyə, Gürcüstan və Ermənistan arasında hərbi əməkdaşlıq Ermənistanın təhlükəsizliyinə hədə təşkil edir», - Ermənistan Milli Akademiyasının Şərqşünaslıq İnstitutunun başçısı Ruben Safrastyanın sözlərindən «Eurasia Daily» saytında iqtibas gətirilir.
Ermənistanlı politoloqun sözlərinə görə bu format Yerevanı təcrid etmək məqsədini güdür.
Üzeyir Cəfərovun sözlərinə görə Tbilisi-Bakı-Ankara əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib.
«Bu ölkələr hansısa beynəlxalq sülhməramlı əməliyyatda iştirak edə bilərlər. Amma regionda bu mümkün deyil. Nə Azərbaycan, nə Türkiyə nə də ki, Gürcüstan belə əməliyyatda iştirak etməyəcək».
Hərbi ekspert hesab edir ki, hazırda üçtərəfli əməkdaşlığın əsas məqsədi bilik və bacarıqları artırmaqdır.
«Son zamanlar ölkələr, xüsusilə də Azərbaycan yeni silahlar əldə edib. Onların hamısı hərbi təlimlər vaxtı o cümlədən, dənizdə aparılan manevrlər gedişatında sınaqdan keçirilir».
Nüfuzlu «Stratfor» dərgisindəki təhlilə əsasən üçtərəfli formatda iştirak edən Bakı hələ də Moskvadan asılıdır. Belə ki, Azərbaycanın hərbi təchizatının 85 faizi Rusiyanın payına düşür.
Təhlildə deyilir ki, 2010-cü ildə Rusiya Ermənistandakı Gümrü şəhərində hərbi bazanın icarəsinin uzadılması barədə razılıq əldə edib. Eyni zamanda Rusiya Cənubi Qafqazdakı separatçı bölgələrdə hərbi təlimlər keçirir.
«Yaranmış şəraitdə tarazlıq yaratmaq məqsədilə türklər Azərbaycan və Gürcüstanla hərbi partnyorluğu gücləndirməlidirlər».
Rusiyalı hərbi ekspert Pavel Felqenqauer hesab edir ki, hər 3 ölkə üçün əməkdaşlıq onların təhlükəsizliyi ilə bağlı olan məsələdir. Lakin bu sırf hərbi-taktiki əməkdaşlıqla məhdudlaşmır.
«Güclü hərbi sənaye kompleksinə malik Türkiyə, Gürcüstan və Azərbaycan üçün silah bazarı sayılır, - ekspert BBC Azərbaycancaya bildirir. - Türkiyə bu silahları satdıqdan sonra onların istifadəsilə bağlı da təlimlər keçirir».
Rusiyalı hərbi ekspert deyir ki, Tiflisin bu üçlükdə iştirakına görə, Gürcüstan üzərindən Ermənistanın nəqliyyat imkanları da daralır. Bu isə Türkiyənin yaxın müttəfiqi olan Azərbaycana əlavə geopolitik üstünlüklər yaradır.
Üçtərəfli formatda «Qafqaz qartalı» təlimləri ilk dəfə 2012-ci ildə Türkiyə ərazisində keçirilib.