Biz Yaxın Şərqə nə ilə qayıtdıq?
Region həyatımızda getdikcə daha çox yer tutur...
14:32 | 21 iyul 2017 | Cümə
Məqaləyə 1831 dəfə baxılıb
Şriftin ölçüsü
Region həyatımızda getdikcə daha çox yer tutur...
Girov anlaşmasından sonra İsraildə keçirilən sorğuda xalqın hakim “Likud” partiyasına inam artdı
Müdafiə naziri yeni Qəzza planı hazırlatdırır; Trampdan “HƏMAS”a sərt mesaj
HƏMAS silahı buraxmasa, əməliyyatlar bu dəfə təşkilatın tamamilə məhvinə qədər davam edəcək
Ya Trampın təklifini qəbul edib silahı yerə qoymaq, ya da ...
İsrail casusu olduğu iddia edilən 10-cu şəxsi ən ağır cəza cəzalandırıldı
İsrailin “HƏMAS” liderlərinə hava zərbəsi bölgəni silkələdi
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Yaxın Şərqdə Ankara və Vaşinqtonun strateji maraqları fərqli meyarlara söykənir
İsrail “HƏMAS” rəhbərlərinə sui-qəsd etdiyini açıqladı
“Ya silahlarınızı təhvil verin, ya da Qəzza məhv ediləcək və siz aradan qaldırılacaqsınız”
Girov razılaşmasını qəbul etməsi üçün ...
Netanyahu: “Şara ilə əldə olunacaq razılaşma druzilərin əleyhinə olmayacaq”
Tehran nüvə silahı hazırladığı iddialarını dəfələrlə rədd etmişdi
İrandan 12 günlük müharibədən sonra ilk hərbi təlim
Türk limanlarında İsrail gəmilərinə qadağa iddiası
İsrail təhlükəsizlik qüvvələrinin Qüds şəhərində, Əl-Aksa məscidinin qarşısında fələstinliləri terror hücumu təhlükəsinə qarşı yoxlamaq üçün metal detektorları qurşadırması Fələstinlə yeni gərginliyə səbəb olub.
Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, Fələstin rəhbəri Mahmud Abbas yaranmış vəziyyətlə bağlı iyulun 19-da Çinə səfərini yarımçıq kəsib və Ramallaha qayıdaraq kabinetin fövqəladə iclasını keçirib.
Mahmud Abbas İsrail tərəfinin hərəkətlərini «status-kvonu dəyişdirmək cəhdi və beynəlxalq hüququn pozulması» adlandırıb. Fələstin lideri yaranmış vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb və Azərbaycana təcili nümayəndə heyəti göndərməyi tapşırıb. Habelə Mahmud Abbas ərəb xalqını və islam dünyasını fələstin xalqını və Qüdsün müqəddəs məkanlarını müdafiə etməyə çağırıb.
İsrail təhlükəsizlik qüvvələri Əl-Aksa məscidi qarşısında metal detektorlarını israilli ərəblər tərəfindən əsgərlərə bıçaqlı hücumlardan sonra quraşdırıb. Bu hücum zamanı iki İsrail əsgəri həlak olub. Lakin fələstinlilər metal detektorlarının quraşdırılmasını özlərinə qarşı təhqir hesab edərək məsciddə ibadəti dayandırıblar. Fələstin mənbələri hədələyiblər ki, əgər metal detektorları götürülməsə israillilərə qarşı odlu silahlardan istifadə olunmaqla hücumlar başlayacaq və vəziyyət nəzarətdən çıxacaq.
Xəbər verilir ki, Mahmud Abbas yaranmış vəziyyətlə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb, ondan xahiş edib ki, Ankara böhranın fələstinlilərin maraqlarına uyğun nizamlanması üçün İsrail və ABŞ nümayəndələri ilə danışıqlar aparsın.
Fələstin liderinin yaranmış vəziyyətlə bağlı Bakıya nümayəndə heyəti göndərmək tapşırığının detalları açıqlanmasa da şübhə yoxdur ki, belə tapşırıq verərkən Mahmud Abbas Azərbaycanın İsraillə yaxın münasibətlərini, habelə onun islam dünyasında nüfuzunu nəzərə alıb. Rəsmi Bakı xüsusi car çəkməsə də məlumdur ki, bundan əvvəl Azərbaycan İsraillə Fələstin arasında müəyyən vasitəçilik missiyasını üzərinə götürmüşdü. Azərbaycan İsraillə yaxın tərəfdaşlıq münasibətlərinə malik olan, eyni zamanda islam dünyasında ciddi nüfuza malik tək müsəlman ölkəsidir. Və belə görünür ki, Mahmud Abbas da bu amili nəzərə alıb.