
“Savaş və Duman”
Bir kitabdan daha artığı
Bir kitabdan daha artığı
...Yaxud çadır həyatının təəssüratları
Tanrı dərgahı kimi ...
Pirlərdə məskunlaşanların əksəriyyəti yaşayış məntəqəsini tərk edib
... Yaxud qırıq-qırıq görünən Ağdam
Bu yolu keçməyə əzm var
Xocalıların yaddaşında həmişə 46 yaşda qalan QƏHRƏMAN
Tez-tez gəlin ...
Cəbhə xəttini keçdiklərinə görə …
Allahverdi Bağırovun qızı etiraz etdi: “Diqqətli olun!”
Qurban Qurbanov: «Mənim borcum Azərbaycan futboluna xidmət etməkdir»
6 ballıq zəlzələdən tələfat yoxdur, amma dağıntılar haqda xəbərlər gəlir
Yeraltı təkanlar hətta cənub zonada da hiss olunub
Elxan Məmmədovun heç bir bəhanəsi qalmayıb
Abimiz harda yanlışımızı gördü ki, bizi «cəzalandırmaq» fikrinə düşdü?
Ağasəlim Mircavadov: «Hazırda milliyə ən real namizəd odur»
Ağdamın məşhur bir yeri də var idi. Bu yer Xan ailəsinin bağı, sonra məzarlığı, sonra «Qarabağ» Futbol Klubunun (FK) stadionu və sonda Fred Asifin Haqq Cəhbəsinin yerləşdiyi İMARƏTdir.
XVIII əsrin birinci yarısında «Şuşa» şəhərinin qurucusu, qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilib.
Qarabağ xanlarının cıdır meydanlarından biri də burda yerləşirmiş. Ərazisi böyük olan İmarətin bir hissəsində Qarabağ xanlarının ailə məzarlığı yerləşirdi. Burada Pənahəli xanın, Mehdiqulu xanın, Sarcalı xanın, Mehrəli bəyin, Natəvanın, onun övladlarının və başqa ailə üzvlərinin qəbirləri vardı. Son araşdırmalar təsdiq etmişdi ki, bu məzarıstanın tarixi daha qədimdi. Burdan üzərində alban yazı və işarələri olan qəbir daşları tapılmışdı.
Sonralar cıdır meydanının yerində Ağdamın mərkəzi stadionu inşa edilib. Stadiona hamı «İmarət» deyirdi.
Müharibə zamanı belə «Qarabağ»ı qoynuna alan, işğala kimi bir çox məhrumiyyətlərə dözən stadion. Milli çempionat oyunlarında "Qarabağ"ın futbolçuları bəzən ölüm təhlükəsiylə üz-üzə qalsa da, məhz burada meydana çıxırdı. Az qala hər qarşılaşma zamanı stadionun yaxınlığına «Qrad» düşürmüş. Dəfələrlə oyunlar yarımçıq qalmaq təhlükəsiylə üzləşirmiş, buna baxmayaraq, «Qarabağ» rəqibləri birtəhər yola gətirirmiş ki, görüş başa çatsın.
Hal-hazırda «Qarabağ» Futbol Klubunun əsas fan klublarından biri «İmarət»in adın daşıyır.
P.S. 2-ci fotoda «İmarət»in dağıntılarıdır.