Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
10:35 | 30 sentyabr 2017 | Şənbə
Məqaləyə 2709 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiya prezidenti Vladimir Putin sentyabrın 28-də bir günlüyünə Ankaraya səfər edərək türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla görüşdü. Putinin Ankaraya səfərinin iki əsas məqsədi var idi.
Birincisi, Putin Rusiya qazını Türkiyə üzərindən Cənubi Avropaya çatdıracaq “Türk axını” boru xəttinin tikintisinin vaxtında başa çatacağına dair Ərdoğandan təminat almaq istəyirdi və həmin təminat Kreml sahibinə verildi.İkincisi, Putin Rusiyanın Türkiyədə atom elektrik stansiyasını vaxt itirmədən tikintisinə başlamasında maraqlıdır. Bu saziş Rusiyaya on milyardlarla dollar gəlir gətirəcək.
Ərdoğan da Putinlə görüşdən qazanclı çıxdı.
Birincisi, Rusiyanın «S-400» raketlərinin Türkiyəyə çatdırılması prosesinə başlanılıb. Bu həm Türkiyə, həm də Rusiya üçün vacib anlaşmadır. Türkiyə Qərb ölkələrindən ala bilmədiyi müasir raketlərə sahib olur, Rusiya isə tarixində ilk dəfə NATO-ya üzv olan dövlətə hərbi texnika satmaqla beynəlxalq aləmdə silah istehsalçısı kimi imicini gücləndirdi.
İkincisi, nəhayət ki, Rusiya öz bazarını Türkiyə pomidorları üçün açdı. Bu məşhur təyyarə olayından (Türkiyənin hava sahəsinin pozulması nəticəsində Rusiyanın hərbi təyyarəsi vurulmuş və nəticədə iki ölkə arasındakı münasibətlər gərginləşmişdi) sonra iki ölkə arasındakı münasibətlərdə həll olunmamış yeganə məsələ idi.
Türkiyə və Rusiya prezidentlərinin Suriyadakı vəziyyətə baxışı da bir-birinə yaxındır. Hər iki dövlət Suriyada əməkdaşlıq edir, bir-birlərinin maraqlarına zidd addım atmırlar.
Putinin Ankaraya səfəri zamanı sadəcə bir məsələ müəmmalı qaldı. Putin və ondan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Şimalı İraqdakı referendumla bağlı Iraqın ərazi bütövlüyünü dəstəklədiklərini açıqlamışdılar. Ancaq Putin və Rusiya XİN bu məsələyə bir cümlə ilə münasibət bildiriblər.
Putin Ankarada Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarına cavab vermədi. Halbuki, Ərdoğan suallara cavab verməyə hazır idi. Görünür, Putin türkiyəli jurnalistlərin ona Şimali İraqdakı referendum və kürdlərin lideri Məsud Bərzani ilə bağlı sual verəcəklərini anladığından mətbuat konfransında sadəcə bu mövzuda bir cümləlik açıqlama ilə kifayətləndi. Bu da ondan irəli gəlir ki, Putin Kürdüstan mövzusunda tərəfdaşları İraq, Türkiyə və İranın maraqlarına toxunmaq istəməsə də, müxtəlif kürd qruplaşmalara qarşı kəskin fikir də söyləmək istəmir. Putinin həmin qruplara gizli simpatiyası var...