
Hədislərsiz islam ...
... yaxud Quran müsəlmanlığı haqqında bir neçə qeyd
... yaxud Quran müsəlmanlığı haqqında bir neçə qeyd
... Yaxud riyakar “konyunkturşiklər” haqqında
Böyük mədəniyyət tənəzzülə uğradan fətva
Belə davam etsə, İslam 10 il sonra ən çox sitayiş olunan din olacaq
Kiminə çətindir, kiminə asan
“Allah hər kəsin dua və diləklərini, qurbanlarını qəbul etsin”
Səudiyyə Ərəbistanı icazəsiz zəvvarın həcc ziyarətinə izn vermədi
... və “epoxe” prinsipi haqqında
Fransa kəşfiyyatı ölkədəki müsəlmanları “Müsəlman Qardaşları” ilə əlaqədə ittiham edir
Məşhur şirkət türk əsilli işçiyə sonda sürpriz edib
Bəzi şəhərlərdə müsəlmanlar üçün qadağan olunan ərazilər meydana gəlib
Fransanın daxili işlər naziri: “Universitetlərdə hicabın qadağan edilməsini istəyirik”
... Yaxud “Namaz hansı dildə qılınmalıdır?” polemikasına bir baxış
Səudiyyə Ərəbistanından “Həcc açıqlaması!”
Ürəklərə hərarət, düşüncələrə aydınlıq gətirir
Milyonlarla müsəlman iki məsciddə Qurani-Kərimin oxunmasını dinləyib
Bu gün şiə-islam dünyasının əlamətdar günlərindən biri - «Aşura» idi. Bu mərasim barədə geniş izahata ehtiyac görmürəm. Hər il keçirilən mərasimə qatılanlar arasında gənclər üstünlük təşkil edir. Amma bu o gənclərdir ki, xalqımızın başına gətirilən Mart soyqırımı, 20 Yanvar hadisəsi, Xocalı faciəsini xəbər alsanız nəm-nüm edərlər. Vaxtı, tarixi bilməzlər. Uzağı bir-iki milli qəhrəmanımızın adını çəkərlər.
Dini dərindən bilən, savadlı şəkildə izah edənlərə böyük hörmətim var. Dəfələrlə geniş dini bilgili insanlarla maraqlı müzakirəm olub, zövq almışam. Amma, inciməyin Hüseyn ailəsinin faciəsi Xocalıda tamamilə məhv edilən 8 azərbaycanlı ailəsinin soyqırımından ağrılı ola bilməz mənim üçün. Bir xalq möhkəmliyini, tarixini o zaman yaşadır ki, faciəsini, dilini, mədəniyyətini əziz tutur, qoruyur. Görünür, bəyənmədiyimiz ərəblər bunu bizdən yaxşı bacarırlar.
***
Təxminən 14-15 yaşım olardı. Rayonumuzda məscid tikildi. Yadımda deyil, bəlkə ətraf kəndlərdə, ya elə rayonun özündə əvvəllər məscid olubmuş, amma bu, rayon camaatı üçün yenilik idi. Səhv etmirəmsə, elə məscidin açılışı da «qətl sınan gün» oldu.
Nə qədər adam sanki qeyri-adi bir hadisə baş veribmiş kimi tamaşa etməyə getdi. Valideynlərim, ümumiyyətlə nəslimiz bu cür dini ayinlərdən çox uzaq olduğu üçün qonşumuza qoşulub gizlin getdim.
Bizim camaatın çoxunun bu günü dərk etməyi təxminən belə idi. Ora gedib qolumuza qara bağlayacağıq, o qara əski öz özünə açılacaqsa, arzumuz çin olacaq. Yəni, həmin gün ora gedənlərin əksəriyyəti məscidə Allahın evi kimi yox, ümid evi kimi baxırmışlar. Nə isə, görünür növbəti ilə qədər çox adamın arzusu həyata keçmədi. Gözünə döndüklərimdə də səbir nə gəzir, hər il gedib o boyda hal-qəziyyə qursunlar. Hətta bir-birilərinə «Ə heç mən babama bir həftə yas saxlamıram, ərəbə niyə yas saxlayım» lağlağı edib, bu günü urvatdan saldılar. Elə o üzən əllərini məsciddən üzdülər. Sonralar ora gedən bir iki nəfəri də molla deyə-deyə o qədər gözümçıxdıya saldılar ki, məscidin «kitabı» bağlandı.
İndi rayonumuzda vəziyyət necədir bilmirəm. Mərasim necə keçir, ondan da xəbərim yoxdur. Amma onu dəqiq bilirəm ki, bizdə 5-6 yaşında uşağın başına qara çadra bağlayıb onları sinə döyməyə aparmazlar, hətta belə valideynlərə çox pis münasibət göstərərlər. Bayaqdan bu geyimdə, izdihamın içində donuq gözləri ilə ətrafa baxan, nə baş verdiyini anlamayan gözəl balaların fotoları çıxır qarşıma. Elmin də, dinin də savadlı insanlara ehtiyacı var. Barı övladlarınızı cahilliyinizə qurban etməyin.
P.S. VAXT.AZ olaraq, bu fotonu yaymaqla jurnalist etikasından kənara çıxdığımızı bilirik. Amma bu görüntülərin artması, kütləviləşməsi və vətəndaşların arasında təbliğ olunması çox təhlükəli səviyyəyə çatmaqdadır. Bunun qarşısını indi almasaq, sonra çox gec olacaq.