
44 günlük müharibənin 4 nəticəsi var
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
... Həyatın izi ola bilər?
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Putinin bizə qarşı qisasçı, xain davranışları nə vaxta qədər davam edə bilər?
Qırmızı Planetin haqqında bilinənlər dəyişir, Yer kürəsi ilə oxşarlığı diqqət çəkdi
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Türkiyə TDT-nın irəli sıçraması üçün bir an öncə hərəkətə keçməlidir
Proses hara gedir, Azərbaycan nə istəyir?
Seçim Moskvanındır!
İranın Azərbaycana qarşı siyasəti
“Şəhər qatilı” asteroid sabah Yerə yaxınlaşacaq
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
Alimlər Marsın içində nə olduğunu aydınlaşdırdı
... və ya “dil pəhləvan”ın yeni macəraları
Düzü, milli-mənəvi dəyər sözünün açmasını soruşan olsa, gözümü döyərəm. Təsəvvür edin bir alman, yaxud amerikan, lap elə olsun yapon qardaşla söhbət edirsən. Əlini çiyninə qoyub deyirsən ki, ay dost, bilirsən nə var? Nə olsun ki, sizin yüksək texnologiyalarınız var. Nə olsun ki, robotlarınız bizdən ağıllı danışır. Nə olsun ki, qlobal internet torunun başında oturub, bizi o iplərdən asılı qalan marionetka kimi idarə edirsiniz. Bütün bunların əvəzində bizim milli-mənəvi dəyərlərimiz var. Əlbəttə, o əqliüstün əcnəbi ürəyində sizi Sabirin məşhur misrasının «biz dünya seyrinə raketlərlə çıxırıq, bunlar hələ dolma-lavaş davası aparır» bax belə postmodernizə olmuş variantı ilə söyər.
Mən hələ hansısa amerikanın, yaponun, fransızın milli xörəkləri ilə fəxr etdiyini görüb-eşitməmişəm. Amma onlardan bizə turist kimi gələnlər tarixi yerlərimizdən çox, kabab və plovu tanıyırlar. Onlarda günah yoxdur. Çünki, biz özümüzü belə təqdim etmişik. Amerika deyəndə NASA, Azərbaycan deyəndə kabab, Ermənistan deyəndə düdük, balaban yada düşür.
Əmin olun ki, dünya nə Ermənistana Böyük Ərməniyyə, nə də Azərbaycana Səfəvi İmperiyasının xələfi kimi baxır.
Ümumiyyətlə, tarix davasını həmişə əzilən, etnik komplekslilik yaşayan xalqlar aparır. Düşünürlər ki, soy-kökünü daha qədimlərə aparıb çıxarma cəhdləri onlara başucalığı gətirəcək. Amma hinduların torpağına sarmaşıq kimi yayılıb, kök salan Amerikanın mövcud gücü göstərir ki, kim olduğun deyil, indi kimsən, bax bu önəmlidir. Hansı hindu amerikalıya gözün üstə qaşın var deyə bilər. Çünki, koloniyalar dişi və dırnağı ilə dövlət olmağı bacardı. Özü də bunu yalnız və yalnız elmə, elm adamlarına hərisliyi ilə əldə etdi.
Amma biz davamızı elm yox, milli kimlik üzərində qurmuşuq. İçimiz özümüzü yandırır, çölümüz özgəni. İş o yerə çatıb ki, övladlarını xaricə təhsil dalınca göndərib, hələ bərk-bərk orda özünə şərait yarat, bacar geri qayıtma tapşırığını verən «milli-mənəvi» araşdırmaçılar alaçiy iradlar bildirir. Ermənini qulağımızın dibində axtarırlar. Gündə bir şəkil paylaşıb, ətrafında yallı gedirlər. Ölkəmizdə 6-cı ildir keçirilən «Sabahın alimləri» müsabiqəsinin qalibi olan məktəblilərin, universitetlərdə ikili diplom layihələrinin, həmin universitetlərin yetişdirdiyi startapçıların, mübadilə proqramlarının üzağardan tələbələrinin uğurlarını isə görməzdən gəlirlər.
Əfsus ki, bir çox şirkət və dövlət qurumu da işə qəbul müsahibələrində xaricdə təhsil almış məzunlara üstünlük verir. Yüksək postları onlara həvalə edirlər. O zaman ADNSU, UNEC, BDU kimi ali təhsil ocaqları niyə bu qədər canfəşanlıq etsin ki. Gəlin elə birdəfəlik bu universitetləri böyrü üstə qoyaq. Deyək, bizə lazım deyil. Axı, bizim universitetlər təkcə orta məktəb müəllimi yetişdirmir.
Bu gün təhsilimizdə qüsur varmı? Bəli var. Rüşvət varmı? Bəli var. Amma inkişafın qiymətləndirilməsi müqayisədə üzə çıxır. Vaxtilə, əllərində pulu qapı-qapı gəzib bilik-savad yoxlanılmadan müəllimliyə qəbul edilənlər, saxta diplomla övladlarınıza dərs keçənlər indi ifşa olunur. Yerini layiqli müəllimlər tutur. Dediyim odur ki, elmlə ayaqda durmağı bacarmadıqca milli-mənəvi dəyərlərimizi heç kəsə tanıda bilmərik. Hər hansı güclü dövlətin ayağının ucunda dayanıb üzüyuxarı qışqırsaq da, səsimiz yetməz ona.
P.S.: Üzrlü hesab edin, ürəyim dolmuşdu.