Kriptovalyuta bazarlarında xaos
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
20:12 | 16 oktyabr 2017 | Bazar ertəsi
Məqaləyə 1880 dəfə baxılıb
Şriftin ölçüsü
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
ABŞ-Çin gərginliyi yüksəlişi durdurdu
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
Pentaqon Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya köməklik edəcək
ETF xəbərləri və mövsümi faktorlar kriptovalyuta bazarını dəstəkləyir
ABŞ prezidenti Liza Kuku hələlik vəzifədən kənarlaşdıra bilməyəcək
Dünənki zirvədən sonra cüzi ucuzlaşma var
FED-in yumşaq siyasəti “Goldman Sachs”da nikbinlik yaradıb
Hammak sərtləşmə, Bouman isə yumşalma tərəfdarıdır
Yeni üzvün faiz endirimi çağırışı birmənalı qarşılanmır
FED üzvü Loqandan yeni faiz siyasəti çıxışı
Keçmiş FED sədrlərindən ABŞ Ali Məhkəməsinə Kuk çağırışı
BMF: “Faiz siyasətini endirmək üçün imkan var”
Gələn həftə faiz endirilməsi demək olar ki, qətiləşib
ABŞ prezidenti Cia Kobun qərarından şikayət etdi
«ABŞ iqtisadiyyatında bu il ən böyük sürpriz inflyasiya olub». «Bloomberg» xəbər verir ki, bunu ABŞ Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) rəhbəri Canet Yellen bildirib.
Ölkə iqtisadiyyatının bu il mülayim şəkildə artdığını deyən C.Yellen əlavə edib ki, Texas, və Floridada baş verən təbii fəlakət üçüncü rübdə iqtisadi artım tempinə təsirsiz ötüşməyəcək, lakin bu proses uzunmüddətli olmayacaq. Onun fikrincə, istehlakçıların xərcləri, özəl sektorun yatırımları və ixracatçıların dəstəyi ilə bu il iqtisadi artım tempi 2,5 faiz təşkil edəcək.
FED rəhbəri bildirib ki, avqust ayında ölkədə 170 min nəfər işsiz var ki, bu da işsizliyin 4,2 faiz səviyyəsində olmasından xəbər verir: «Fikrimcə, növbəti aylarda işsizlik ciddi şəkildə azalacaq».
İnflyasiyaya toxunan baş bankir deyib ki, son aylar ərzində bu göstərici olduqca zəif olub: «İnflyasiyada son zamanlar izlədiyimiz zəiflik əsl sürpriz oldu. Düzdür, buna bəzi xidmətlər üzrə qiymətlərin azaldılması da təsir edib. Buna baxmayaraq, bu cür sürprizlər bizi çaşdırmamalıdır. Mənim proqnozlarıma əsasən, gələn il inflyasiya artım nümayiş etdirəcək. FED rəhbərliyində təmsil olunan bir çox məsləkdaşlarım da analoji proqnoza malikdir. Gələn il artıma başlayan inflyasiya 2019-cu ildə 2 faiz səviyyəsinədək yüksələ bilər».
C.Yellen qeyd edib ki, rəhbərlik etdiyi qurum bu aydan etibarən 4,5 trilyon dollar həcmində olan balansın azaldılmasına (ayda 10 milyard dollar) başlayacaq. Onun sözlərinə görə, uçot dərəcəsinin artırılması prosesi davam etdiriləcək və FED rəhbərliyi buna müsbət baxır. Buna baxmayaraq, C. Yellen 12-13 dekabr tarixlərində keçiriləcək iclasda uçot dərəcəsinin artırılıb-artırılmayacağına dair siqnal verməyib.