
Məktəbə hücuma hazırlaşan uşaq həbs edildi
Evindən silah arsenalı tapıldı
Evindən silah arsenalı tapıldı
Hökumətin küçədə tək bir uşaq belə qalmayacaq vədi fiaskoya uğradı
Silikon Vadisindəki rəhbərlər “ağıllı uşaqlar üçün böyük məbləğ ödəyir”
Almaniyada körpə qoyulması qadağan olunan adlar
Türkiyənin əhalisi 3 ayda 90 min nəfər artdı
Bir animasiya təhlükəni bundan gözəl izah edilə bilməzdi
Ana südü körpəyə xeyirli olduğu kimi ananı da qoruyur
Uşaqlarına yalançı cənnət, çəpgöz, büt, yoxsul, dərd yağdıran mənasını verən isimlər qoyanlar
Sürücü və sərnişinlərin sayəsində azyaşlı qız xilas edilib
Doğulan uşağın cinsiyyəti ananın yaşı və bəzi genetik amillərlə əlaqəli ola bilər
Miras ilə bağlı mülki mübahisələrə son qoyulur?
Ödənilə bilməyən bu borcları dövlət qaytaracaq
Süni intellekt sayəsində uşaq sahibi olacaqlar
ABŞ və Böyük Britaniyada minlərlə körpə cütlüklərə satıldı
Aztəminatlı və yaşıllıq olmayan ərazilərdə yaşayanlar üçün risk 2 dəfə çoxdur
Başqasının əvəzinə gömrük borcunu ödəmək daha mümkün olmayacaq
Uşaqlara qorxu gətirən materialların, qan görmək, onları stress, qorxu içinə salan məlumatların və görüntülərin təqdim olunması qadağan edilir.
Modern.az-ın məlumatına görə, bu, «Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında» yeni qanun layihəsində öz əksini tapıb.
Həmçinin, qanun layihəsində uşaqların dini mərasimlərdə iştirakı ilə bağlı qadağalar öz əksini tapıb.
Qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilib.
Sənəd Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 1 iyun tarixli, 2074 nömrəli sərəncamına əsasən hazırlanıb və Uşaq Hüquqları Konvensiyasının 17-ci maddəsinin əsas konsepsiyasını əks etdirir.
Sənəddə həmçinin qeyd edilib ki, dövriyyəyə buraxılan informasiya hər bir uşağın yaş həddinə uyğun olaraq təsnifləşdiriləcək. Eyni zamanda, kontenti yayan şəxslər bu və ya digər informasiyanı yayarkən auditoriyanın yaşını göstərməklə bağlı qanunun tələblərini nəzərə almalıdırlar.
Sənəd telekanallarda yayımlanan, çap məhsullarında və KİV-də dərc edilən bütün informasiyaların ekspertlər vasitəsilə analizini aparan xüsusi qurumun yaradılmasını da nəzərdə tutur.
İndiyə kimi bu məsələlər Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 10 aprel 2015-ci il tarixli, 04/3 saylı qərarı ilə tənzimlənib. Həmin qərara əsasən, «Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar» təsdiq edilib.
Qanun layihəsi ilə bağlı Milli Məclisin payız sessiyasında ictimai dinləmələr olacaq...