
Azərbaycanı dünyaya tanıdan missiya
Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi İslam Həmrəyliyi Oyunlarının da ən yüksək səviyyədə keçirilməsini təmin edəcək
Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsi İslam Həmrəyliyi Oyunlarının da ən yüksək səviyyədə keçirilməsini təmin edəcək
Vitali Kliçko: «Bu əlaqələrinin daha sıx olması çox vacibdir»
Mehriban Əliyeva: «Cəmi iki il yarım vaxtımız var idi»
«Eurovision» yarışmasındakı təmsilçimizin tanıtım turu başladı
«Kosmosa çıxış, «Eurovision» kimi təşəbbüslər Azərbaycanı dünya miqyasında tanıdır»
Alman deputat: «Vəziyyətdə irəliləyişin ümidi ilə barmağımızı yaranın üzərinə qoyacağıq»
Sürücülər kütləvi sürətdə işdən çıxır
Murad Arif: «Əvvəllər bu müsabiqə bizim üçün yenilik idi və əlçatmaz görünürdü»
Rusiya Krıma görə müsabiqədən uzaqlaşdırıla bilər
«Vətənpərvərlik mahnıları insanı ağlatmalı deyil, mübarizəyə səsləməlidir»
«Vətənpərvərlik mahnıları insanı ağlatmalı deyil, mübarizəyə səsləməlidir»
Noyabrın 8-də Azərbaycanı «Eurovision-2018» mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi məqsədilə münsiflər heyətinin iclası keçirilib. «İTV»nin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən xəbərə görə, toplantıda ölkəmizi builki möhtəşəm yarışmada təmsil edəcək iştirakçının adı müəyyənləşdirilib. Bu, Aysel Məmmədovadır.
Qeyd edək ki, Aysel Məmmədova 1989-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Musiqiçi ailəsində doğulan Ayselin həyatı uşaqlıqdan musiqi ilə bağlı olub. O, 1995-2006-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 2010-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Aysel «Caspian Jazz & Blues Festival» (2002), Bakı Beynəlxalq Caz Festivalı (2005/2006), «MuzEnergo Festival of Music İmprovisation» (2007), Montro Caz Festivalı (2009) Emil İbrahimin musiqi qrupunun müşayiəti ilə, Qafqaz Caz Festivalı (2012) və «Jara-2017» festivalı kimi beynəlxalq musiqi festivallarının iştirakçısı olub.
Aysel 2013-cü ildə tanınmış musiqiçilər Aleksandr Coppaloni və 2015-ci ildə isə Deborah J.Carterdən özəl dərslər alıb. Eyni zamanda, Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, İsrail, İsveçrə, Niderland və İtaliyada keçirilən musiqi tədbirlərində də iştirak edib.
Aysel pianoçu, vokalist və bəstəkardır.